Avropa İttifaqı İngiltərəyə hirsləndi

Mişel Barne İngiltərənin İttifaqla gələcək əlaqələrini formalaşdıracaq bir çox əsas məsələni ciddi şəkildə həll etmək istəmədiyini söylədi

1404915
Avropa İttifaqı İngiltərəyə hirsləndi

 

  Avropa İttifaqının (Aİ) “Brexit” (İngiltərənin Aİ-dən çıxması) üzrə baş müşaviri Mişel Barne (Michel Barnier) İngiltərənin İttifaqla gələcək əlaqələrini formalaşdıracaq bir çox əsas məsələni ciddi şəkildə həll etmək istəmədiyini söylədi.

  Belçikanın paytaxtı Brüsseldə Aİ-ni 31 yanvarda tərk edən İngiltərə ilə gələcək əlaqələri müəyyənləşdirmək üçün davam edən müzakirələrlə əlaqədar mətbuat konfransı keçirən M.Barne çıxışında deyib: “Avropa İttifaqı və İngiltərə tərəflərini təmsil edən danışıq qrupları bu həftə 40-dan çox videokonfrans etdi. Danışıqlarda bir irəliləyiş olmadı. Zaman sürətlə irəliləyir. Amma İngiltərə bir çox fundamental məsələlərlə bağlı ciddi məşğul olmaq istəmir. Bəzi mövzularda məhdud irəliləyiş əsas problemləri həll etmir. İngiltərə keçid prosesini uzatmaq fikrindədir. Artıq iyun ayına qədər qərar verməlidir.  İl sonuna qədər hərtərəfli müqavilələr imzalanmalıdır”.

  Qeyd edək ki, Dünya Ticarət Təşkilatının qaydalarına uyğun olaraq 31 dekabr 2020-ci ildən sonra tərəflər arasında ticarət əlaqələri qurulmalıdır.



Әlaqәli Xәbәrlәr