“Covid-19”dan dünya üzrə can itkisi və yoluxma hallarının sayı

Yeni növ korona virusu – “Covid-19”dan can itkisi dünya üzrə 182 mini, yoluxma hallarının sayı isə 2 milyon 600 mini keçib.

1403870
“Covid-19”dan dünya üzrə can itkisi və yoluxma hallarının sayı

 

  Epidemiyanın mərkəzi olmuş ABŞ-da 46 minə yaxın insan ölüb. Virusdan ən çox təsirlənən Nyu-Yorkda son 24 saatda 474 ölüm hadisəsi "düşməyə keçid" ümidi yaradıb.

  İtaliyada “Covid-19”dan ölənlərin sayı son 1 gündə 437 nəfər artaraq 25 min 85-ə çatıb. Ölkədə yoluxmaların sayı əvvəlki günə görə 10 nəfər azalaraq 107 min 699 olub.

  Fransada korona virusundan ölənlərin sayı 544 nəfər artaraq 21.340, yoluxmaların sayı isə 827 min artaraq 183 min 268-ə çıxıb.

  5127 can itkisi olan Almaniyada “Covid-19”dan dünyasını dəyişən türklərin sayı 100 nəfər olub. Ölkədə epidemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində bütün əyalətlərdə tibbi maska ​​taxmaq tələb edilir.

  Virusdan 519 ölüm və 2406 yoluxma halının olduğu Rumıniyada epidemiya ilə mübarizə kontekstində həyata keçirilən sərt tədbirlər mayın 15-dən tədricən yüngülləşdiriləcəkdir.

  Latın Amerikası ölkəsi olan Meksikada son 24 saat ərzində 145 nəfər korona virusundan həyatını itirib. Ölkədə can itkisinin 857 nəfər olduğu ölkədə yoluxmaların sayı 729 artaraq 9501-ə çatıb.

  Böyük Britaniyada virusdan daha 763 nəfərin həyatını itirib və bununla ölkədə ölənlərin ümumi sayı 18 min 100 nəfərə çatıb. Qeyd edək ki, bu rəqəmlərə qocalar evlərində ölənlərin sayı daxil deyil.

  Estoniyada son gün ərzində korona virusuna yoluxanların sayı 33 nəfər artaraq 1592-ə çatıb. İndiyədək ölkədə bu virusdan 45 ölüm faktı qeydə alınıb.

  İndoneziyada son 24 saat ərzində “Covid-19”dan həyat itkisi 19 nəfər artaraq 635, yolxumaların sayı isə 283 artaraq 7418-ə yüksəlib. Ölkənin paytaxtı Cakartada korona virusuna görə tətbiq edilən məhdudiyyətlərin müddəti mayın 22-dək uzadılıb. Halbuki Cakartada aprelin 10-dan başlayaraq iki həftə müddətinə tətbiq edilən məhdudiyyətlər ayın 24-də başa çatmalı idi. Həmin məhdudiyyətlərə ictimai nəqliyyatın fəaliyyətinin səhər saat 6:00-dan axşam saat 18:00-dək qısaldılması, nəqliyyat vasitələrinə yerlərin 50 faizindən artıq sərnişinin götürülməməsi daxildir. Fərdi nəqliyyat vasitələrində də sərnişinlərin sayına məhdudiyyətlər nəzərdə tutulur. Bütün bunlardan əlavə, paytaxt sakinlərindən evdə qalmaq, ictimai yerlərdə beş nəfərdən artıq şəxsin iştirakı ilə tədbirlərin keçirlməməsi də tələb edilir.

  Körfəz ölkələrində də “Covid-19”a yoluxma və ölüm halları artıb.

  Son sutka ərzində Səudiyyə Ərəbistanında korona virusuna 1141 nəfər yoluxub, 5 ölüm faktı qeydə alınıb. Beləliklə, Krallıqda indiyədək virusa yoluxanların sayı 12 min 772 nəfərə çatıb, 114 pasiyent isə həyatını itirib. Həyatını itirənlərin hamısının əcnəbi olduğu bildirilir.

  Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyi son bir ərzində 483 nəfərin “Covid-19”a yoluxduğunu, 6 xəstənin isə həyatını itirdiyini bildirib. Bu ölkədə indiyədək virusa 8238 yoluxma, 52 ölüm faktı qeydə alınıb.

  Omanda daha 106 yoluxma ilə ölkədə bu say 1614 nəfərə çatıb, 7 adam həyatını itirib.

  Qətərdə son bir gündə “Covid-19”a 608 yoluxma və 1 ölüm faktı qeydə alınıb. Bu ölkədə indiyədək korona virusuna 7141 adam yoluxub, 10 nəfər dünyasını dəyişib.

  Qeyd edək ki, Qətər hökuməti Ramazan ayında karantin rejimi qaydalarını pozanlara 200 min rial (55 dollar) cərimə tətbiq edəcək.

  Misirdə “Covid-19”a 169 nəfər yoluxub, 12 xəstə dünyasını dəyişib. İndiyədək bu ölkədə 3659 yoluxma, 276 ölüm faktı qeydə alınıb. Ölkədə 65 nəfər, o cümlədən iki əcnəbi sağalıb. Beləliklə, indiyədək Misirdə 12 karantin xəstəxanasından 935 nəfər tam müalicə olunaraq evə buraxılıb.

  Fələstində “Covid-19”a yoluxma sayı 449-a yüksəlib.

  Vyetnam hakimiyyəti korona virusunun yayılmasına qarşı mübarizədə uğurlu nəticələr fonunda aprelin 23-ü yerli vaxtla saat 00:00-dan başlayaraq ölkədə qüvvədə olan sosial izolyasiya rejimini yumşaltmaq barədə qərar qəbul edib. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, ötən həftə ərzində ölkədə “Covid-19”a yoluxan olmayıb. Hakimiyyətin qərarına uyğun olaraq, yerli aviakompaniyalara aprelin 23-dən etibarən ölkədaxili marşrutların əksəriyyətində uçuşlara icazə verilib. Aprelin 30-na qədər isə bələdiyyə nəqliyyatının, həmçinin ticarət müəssisələrinin və xidmət sahələrinin fəaliyyətinə qoyulan məhdudiyyətlər tədricən aradan qaldırılacaq.

  Son 24 saat ərzində İranda korona virusuna 1030 nəfər yoluxub, 90 nəfər isə həyatını itirib. İran Səhiyyə Nazirliyinin bildirdiyinə görə, yoluxma və ölüm hallarında azalma müşahidə olunub. Ümumilikdə isə İranda virusa yoluxanların sayı 87.026, ölənlərin sayı isə 5481 nəfərə çatıb.

  58 can itkisinin olduğu Cənubi Afrika Respublikasında 26 martdan tətbiq edilən komendant saatını yoxlamaq üçün polis qüvvələrinə dəstək üçün 73 min əsgər sövq edilib.



Әlaqәli Xәbәrlәr