Terror tәşkilatı YPG/PKK vә Bәşәr Әsәd rejimi arasında qarşıdurma olub

Suriyanın şimal-şәrqindәki Kamışlı qәsәbәsindә Bәşәr Әsәd rejiminә sadiq qüvvәlәr ilә YPG/PKK terrorçuları arasında qarşıdırma olub.

1403380

Yerli mәnbәlәrin mәlumatına әsasәn, Haseke şәhәrinin Kamışlı qәsәbәsindә öz mövcudluğunu davam etdirәn rejim qüvvәlәri ilә YPG/PKK terrorçuları arasında toqquşma yaşanıb.

Qarşıdırma zamanı ölәn vә ya xәsarәt alanın olmadığı bildirilib.

Rusiyanın YPG/PKK terrorçularının olduğu bölgәlәrdәki hәrbi mövcudluğunu artırması sәbәbindәn  rejim ilә YPG/PKK arasında yaşanan  gәrginlik diqqәt çәkir

Bәşәr Әsәdә sadiq qüvvәlәr aprelin 4-dә YPG/PKK-ya mәxsus bir avtomobilә atәş açmışdı, nәticәdә bir terrorçu ölmüşdü, bir terrorçu da yaralanmışdı.

Qeyd edәk ki, terror tәşkilatı YPG/PKK  vә Bәşәr Әsәd rejimi Haseke şәkәrini birlikdә idarә edir.

Әlaqәli Xәbәrlәr