Dünya hazırda sadəcə koronavirus pandemiyası ilə deyil, aclıq epidemiyası ilə qarşı-qarşıyadır

BMT Ümumdünya Ərzaq Proqramının (WFP) direktoru Devid Beasley BMT Təhlükəsizlik Şurasına məlumat verib.

1403104
Dünya hazırda sadəcə koronavirus pandemiyası ilə deyil, aclıq epidemiyası ilə qarşı-qarşıyadır

BMT Ümumdünya Ərzaq Proqramının (WFP) direktoru Devid Beasley dünyanın hazırda sadəcə koronavirus (Covid-19) pandemiyası ilə deyil, aclıq epidemiyası ilə qarşı-qarşıya olduğu xəbərdarlığını edərək, ən pis ssenariyə görə 36 ölkədə qıtlıq ola biləcəyini söyləyib.
Beasley videokonfrans formatında müharibələrin və silahlı qarşıdurmanın səbəb olduğu aclığın vətəndaşlara təsiri haqqında BMT Təhlükəsizlik Şurasına məlumat verib.
Beasley "Covid-19" epidemiyasının başlamadan əvvəl, 2020-ci ildə İkinci Dünya Müharibəsindən bəri ən pis humanitar böhranın yaşanacağı barədə xəbərdarlıq etdiklərini bildirdi: "Artıq biz yalnız "Covid-19" epidemiyası  ilə deyil, aclıq təhlükəsi ilə də qarşı-qarşıyayıq". 
Beasley Yəmən, Suriya və Cənubi Sudandakı müharibələrlə yanaşı, Şərqi Afrikadakı çəyirtkə hücumu, təbii fəlakətlər və iqlim dəyişikliyinin nəticələrinə diqqək çəkərək, "Hazırda "Covid-19" səbəbiylə biz yalnız qlobal bir sağlamlıq pandemiyası ilə deyil, həm də qlobal humanitar fəlakətlə qarşı-qarşıyayıq" deyib.
Müharibə bölgələrində milyonlarla insanın hər gün qıtlıq təhlükəsilə qarşı-qarşıya qaldığını vurğulayan Beasley "821 milyon insan hər gecə ac və xroniki aclıq çəkir" deyib.



Әlaqәli Xәbәrlәr