Dünya üzrə koronavirusundan həyat itkisi və yoluxma sayı

Epidemiya səbəbindən indiyədək həyatını itirәnlәrin sayı 170 mini, yoluxanların sayı isə 2 milyonu keçib.

1402074
Dünya üzrə koronavirusundan həyat itkisi və yoluxma sayı

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həyatını itirәnlәrin sayı 170 mini, yoluxanların sayı isə 2 milyonu keçib. Müalicә olunan xәstәlәrin sayı isә 652 minә çatıb.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında yeni növ koronavirusdan hәyatını itirәnlәrin sayı 781 artaraq 41 min 356 nәfәrә yüksәlib. Ölkәdә infeksiyaya yoluxanların ümumi sayı isә 771 min 216-a, müalicә olunanların sayı da 71 min 497-ә çatıb. ABŞ prezidenti Donald Tramp koronavirus sәbәbindәn tәxirә salınan köç mәsәlәsi ilә bağlı qanunu imzalayacağını bildirib. Ölkәdә koronavirusa yoluxma sayında azalma müşahidә olunduğu üçün bәzi şirkәtlәr fәaliyyәtlәrinә davam etmәk ilә bağlı qәrar qәbul ediblәr. Corciya ştatında virusla әlaqәdar fәaliyyәti dayandırılan әylәncә mәkanlarının cümә günü açılacağı bildirilir

İtaliyada yeni növ koronavirusdan vәfat edәnlәrin sayı sutka әrzindә 454 nәfәr artaraq 24 min 114-ә, yoluxanların sayı isә 108 min 237-ә yüksәlib. Digәr tәrәfdәn virusun yayılmağa başladığı Lombardiya bölgәsindәki Niquarda xәstәxanasının internet sәhifәsindәn verilәn mәlumatda bildirilib ki, xәstәxanadakı beş reanimasiya şöbәsindәn birinә artıq ehtiyac qalmayıb.

Belçikada koronavirusdan ölәnlәrin sayı 5 mini keçib.Ölkәdә virusa yoluxanların sayı isә 40 min 956-a çatıb.

Fransada yeni növ koronavirusdan hәyatını itirәnlәrin sayı sutka әrzindә 547 nәfәr artaraq  20 min 265-ә, infeksiyaya yoluxanların sayı isә 4 min 676 nәfә artaraq 120 min 67-ә yüksәlib.

İngiltәrәdә yeni növ koronavirusdan hәyatını itirәnlәrin sayı sutka әrzindә 449  nәfәr artaraq 16 min 509-a yüksәlib.

Almaniyada koronavirus qurbanlarının sayı 4706-a çatıb. Hәyatını itirәnlәr arasında 5 türkün dә olduğu bildirilir. Belәliklә Almaniyada epidemiya sәbәbindәn hәyatını itirәn türklәrin sayı 92 nәfәrә yüksәlib. Ölkәdә infeksiyaya yoluxanların ümumi sayı isә 146 min 653-ә çatıb.

Kanadada yeni növ koronavirusdan 48 saat әrzindә 282 nәfәr vәfat edib. Federal Sәhiyyә Nazirliyinin mәlumatına görә, ölkәdә koronavirusdan hәyatını itirәnlәrin ümumi sayı 1648-ә çatıb. Ölkәdә infeksiyaya yoluxanların sayı 35 min 708-ә, sağalanların sayı isә 12 min 197 nәfәrә yüksәlib.

Danimarkada koronavirusda 364 nәfәr hәyatını itirib. Ölkәdә virusa yoluxanların sayı 7 min 515 nәfәrә çatıb. Koronavirusdan sağalanların sayı isә 4 mini keçib.

Cәnubi Amerika ölkәsi olan Braziliyada yeni növ koronavirus epidemiyası sәbәbindәn sutka әrzindә 383 nәfәr hәyatını itirib.Belәliklә ölkәdә koronavirusdan hәyatını itirәnlәrin sayı 2 min 845 nәfәrә yüksәlib. Braziliyada infeksiyaya yoluxanların ümumi sayı isә 40 min 581-dir.

Yeni Zelandiyada yeni növ koronavirusdan hәyatını itirәnlәrin sayı 13 nәfәrә yüksәlib.



Әlaqәli Xәbәrlәr