Adriano Kozzolino Liviyadakı böhranı qiymәtlәndirib

Avropa Parlamenti Türkiyәnin Liviya hökumәti ilә etdiklәrinә müsbәt yanaşır.

1401509
Adriano Kozzolino Liviyadakı böhranı qiymәtlәndirib

 

Avropa Parlamenti Türkiyәnin Liviya hökumәti ilә etdiklәrinә müsbәt yanaşır.

Mәrkәzi Qәtәrdә yerlәşәn Әl Cәzirә telekanalının yaydığı xәbәrә әsasәn, Avropa Parlamentinin Mağrip Ölkәlәri üzrә Nümayәndә Heyәtinin sәdri Andrea Kozzolino Türkiyәnin Liviyadakı mövcudluğunun çox әhәmiyyәtli olduğunu vә bu addımın ölkәdә sülhә töhfә verәcәyinә ümidvar olduqlarını dilә gәtirib.

Kozzolino Avropa Parlamentinin Türkiyәnin Liviya hökumәti ilә etdiklәrinә müsbәt yanaşdığını söylәyib. Liviyada baş verәn hadisәlәrin böyük qisminin Tripoliyә hücum edәn Xәlifә Hafter sәbәbindәn olduğunu vurğulayıb.

‘‘Liviyada müharibә vaxtı sona çatıb’’ ifadәsini işlәdәn Kozzolino hәr kәsin problemlәri dialoq yolu ilә hәll etmәsinin vacibliyini vurğulayıb.

‘‘Böhranın sona çatması üçün Sәudiyyә Әrәbistanı, Birlәşmiş Әrәb Әmirliklәri vә Misir Xәlifә Hafterә tәzyiq göstәrmәlidir’’,-deyә Andrea Kozolino qeyd edib.



Әlaqәli Xәbәrlәr