Dünya üzrə koronavirusundan həyat itkisi və yoluxma sayı

Epidemiya səbəbindən indiyədək həyatını itirənlərin sayı 158 mini, yoluxanların sayı isə 2 milyonu keçib.

1400864
Dünya üzrə koronavirusundan həyat itkisi və yoluxma sayı

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həyatını itirənlərin sayı 161 mini, yoluxanların sayı isə 2 milyonu keçib. Müalicә olunan xәstәlәrin sayı isә 604 minә çatıb.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarının Tennesi vә Texas ştatlarında edama mәhkum edilәn şәxslәrin edam edilmәsi yeni növ koronavirus epidemiyası sәbәbindәn tәxirә salınıb.

İtaliyada yeni növ koronavirus epidemiyasından sutka әrzindә  hәyatını itirәnlәrin sayı 482 artaraq 23 min 227-ә çatıb.

20 min 639 nәfәrin epidemiya sәbәbindәn hәyatını itirdiyi İspaniyada baş nazir Pedro Sançez ölkәdә martın 14-dәn etibarәn tәtbiq edilәn fövqәladә vәziyyәt rejiminin mayın 9-dәk uzadılacağını açıqlayıb.

Fransada koronavirus epidemiyası sәbәbindәn sutka әrzindә vәfat edәnlәrin sayı 642 artaraq 19 min 323-ә yüksәlib. Ölkәdә infeksiyaya yoluxanların ümumi sayı 30 min 639 nәfәrә çatıb. Mәlumata görә, Fransada virusa yoluxan 35 min 983 nәfәr müalicә olunub.

İngiltәrәdә koronavirusdan hәyatını itirәnlәrin sayı 15 min 464, Belçikada 5 min 453 vә Almaniyada 4 min 538 nәfәrә çatıb.

Kanadanın Montreal şәhәrindәki ‘‘Residence Herron’’ adlı qocalar evindә  koronavirus epidemiyasından sonra qeydә alınan  31 ölümdәn yalnız 5-nin infeksiya sәbәbindәn olduğu açıqlanıb. Qocalar evindә işlәyәnlәrin әksәriyyәtinin virusdan sonra işdәn çıxdığı vә orada yaşayan 130 qocaya 2 tibb baçısının xidmәt etmәk mәcburiyyәtindә qaldığı bildirilib.

 



Әlaqәli Xәbәrlәr