"Tərksilah müzakirələrində Amerika və Rusiyadan başqa Çin də iştirak etməlidir", M.Pompeo

Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyası tərksilah danışıqlarını müzakirə etdilər.

1400516
"Tərksilah müzakirələrində Amerika və Rusiyadan başqa Çin də iştirak etməlidir", M.Pompeo

 

  Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyası tərksilah danışıqlarını müzakirə etdilər.

  ABŞ-ın dövlət katibi Mayk Pompeo və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika və Rusiya arasında nüvə tərksilah danışıqlarını müzakirə etmək üçün telefonda danışıblar.

  ABŞ Dövlət Katibliyinin sözçüsü Morqan Ortaqus Pompeo və Lavrovun görüşü ilə əlaqədar yazılı açıqlama yayıb: “Mayk Pompeo bildirdi ki, Çin də nüvə tərksilah danışıqlarında iştirak etməlidir. Bu mövzuda gələcək müzakirələrində prezident Donald Trampın tapşırığına əsasən, üçtərəfli danışıqlar aparmağı düşünürük.”

  Qeyd edək ki, S.Lavrov və M.Pompeo telefon danışığında korona virusu (Covid-19) epidemiyası, ABŞ və Rusiya arasında ikitərəfli Strateji Təhlükəsizlik Dialoqu çərçivəsində Rusiyada saxlanılan Amerika vətəndaşlarının ölkəyə qaytarılması və regional məsələlər müzakirə edilib.



Әlaqәli Xәbәrlәr