Dünya üzrə korona virusundan həyat itkisi və yoluxma sayı

Yeni növ korona virusundan (Covid-19) həyat itkisi dünyada 154 mini, yoluxma halları 2 milyon 250 mini, sağalanların sayı isə 574 mini keçib.

1400591
Dünya üzrə korona virusundan həyat itkisi və yoluxma sayı

 

  Yeni növ korona virusundan (Covid-19) həyat itkisi dünyada 154 mini, yoluxma halları 2 milyon 250 mini, sağalanların sayı isə 574 mini keçib.

  Epidemiyanın mərkəzi olan ABŞ-ın Con Hopkins (Johns Hopkins) Universitetinin paylaşdığı məlumata görə, ölkədə 37 min 79 nəfər virusdan ölüb, 706 min 779 adam yoluxub.

  İtaliyada “Covid-19”dan həyatını itirənlərin sayı son 24 saatda 575 nəfər artaraq 22.745-ə çatıb. 19.508 ölüm hadisəsinin 96,7 faizi tənəffüs çatışmazlığıdan baş verib. Yoluxma sayı keçən ayla müqayisədə bir qədər azalıb.

  Fransada korona virusundan ölənlərin sayı 18.861 nəfərə çatıb.

  Kanadada “Covid-19”dan həyatını itirənlərin sayı son 1 gündə 440 nəfər artaraq 273 min, yoluxanların sayı isə 4.426 artaraq 30 min 106 olub. Yeni təqaüdə çıxmış həkimlər və tip fakültələrinin son kurs tələbələri ölkənin Quebec şəhərindəki tibb müəssisələrinə yardım üçün çağırılıb.

  Cənubi Amerika ölkəsi Peruda virusdan ölənlərin sayı 26-dan 300-ə, yolxumalar isə 998-dən 13.489-a çatıb.

 

  Digər Qərb ölkələrində insan həyatı itkisi belədir:

  İspaniyada 2002, İngiltərədə 14.576, Belçikada 5163, Almaniyada 4352, Hollandiyada 3459, Braziliyada 2171, İsveçdə 1400, İsveçrədə 1327, Kanadada 1310, Portuqaliyada 657, Meksikada 546, İrlandiyada 530, Avstriyada 431, Ekvadorda 421, Rumıniyada 411, Danimarkada 336, Polşada 332, Dominikdə 200, Çexiyada 173, Macarıstanda 172, Norveçdə 161, Kolumbiyada 153, Argentinada 129, Çilidə 116, Panamada 116, Serbiyada 110, Yunanıstanda 108.

 

  İraqda "Covid-19"dan itki sayının 81 nəfərə çatıb. Ölkədə 48 yeni yoluxma ilə birlikdə bu say 482 minə, sağalmışlar isə 906 nəfərə yüksəlib.

  Misirdə korona virusundan daha 9 adamın ölümü ilə həyat itkisi 205 olub. 171 nəfərdə virus aşkarlanıb ki, bununla yoluxma sayının 2.844-ə yüksəlib. Ölkədə sağalmış xəstələrin sayının isə 646 olduğunu bildirilir.

  Mərakeşdə son 24 saatda virusdan 5 adam ölüb, həyat itkisi 135-ə qalxıb. Yoluxma hallarının sayı 2564, sağalanlar isə 281 nəfərdir.

  “Covid-19”dan can itkisinin 87-yə yüksəldiyi Səudiyyə Ərəbistanında yoluxmaların sayı 7142-dir.

  Afrika qitəsində korona virusu epidemiyası səbəbindən həyatını itirənlərin sayı min nəfəri keçib, yoluxma sayı isə 20 minə çatıb.

 

  Digər Şərq ölkələrində virusdan can itkisi sayı belədir:

  İranda 4958, Çində 4632, İndoneziyada 520, Hindistanda 488, Filippində 387, Əlcəzairdə 364, Rusiyada 273, Cənubi Koreyada 232, Yaponiyada 203, İsraildə 151, Pakistanda 143, Ukraynada 125.



Әlaqәli Xәbәrlәr