Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Epidemiya səbəbindən indiyədək həlak olanların sayı  144 mini, yoluxanların sayı isə 2 milyon 146 mini keçib. Müalicә olunan xәstәlәrin sayı 545 min olub.

1399771
Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həlak olanların sayı  146 mini, yoluxanların sayı isə 2 milyon 184 mini keçib. Mәlumatda bildirilib ki, müalicә olunan xәstәlәrin sayı 553 min olub. 
Epidemiyanın mərkəzi olan ABŞ-da son 2 ayda koronavirusla əlaqəli ölüm halları ilə birlikdə vәfat edәnlәrin sayı təxminən 5 min artıb, virusa yoluxanların sayı isә 650 minə çatıb. Son 24 saatda 606 insanın öldüyü Nyu-Yorkda epidemiyaya görә "evdə qal" təlimatı vә zәruri olmayan iş yerlәrinin bağlanması kimi məhdudiyyətlər mayın 15-dək uzadılıb. Digәr tәrәfdәn, Quam adasında karantində olan Teodor Ruzvelt təyyarə gəmisində yeni növ koronavirusa tutulan əsgər sayının 655-ә çıxdığı və göyərtədəki 4 min 59 əsgərin Quam adasına quruya çıxarıldığı bildirilib.
İtaliyada "Covid-19"dan həyatını itirənlərin sayı son 24 saat ərzində 525 nəfər artaraq 22 min 170-ə çatıb. "Covid-19"-a yoluxanların ümumi sayı 168 min 941 olub.
Fransada koronavirus epidemiyasından ölənlərin sayı bir gündə 753 artaraq 17 min 920-ә çıxıb. Virus aşkarlanan insan sayı isә 16 min 464 artaraq 164 min 327-ә yüksәlib.
13 min 729 adamın öldüyü İngiltərədə epidemiya ilә mübarizә çərçivəsində qısmi karantin tətbiqinin 3 həftə uzadılması qərara alınıb.
Ölkədə tәdbirlәr çәrçivәsindә məktəblər 20 martda tətil edildi və bundan sonra restoran, kafe və kinoteatr kimi yerlərin bağlanması qərara alındı. Ancaq cəmiyyətin komendant saatı üçün etinasızlığı səbəbindən martın 23-də evdən çıxmağa məhdudiyyətlər qoyuldu.

Almaniyada son 24 saatda ölənlərin sayı da 289 artaraq 4 min 93-ə, yoluxanların sayı 3 min 382 artaraq 138 min 135-ə çıxıb.
Digər tərəfdən, İsveçrə Federal Hökuməti 269 nəfərin ölümünə səbəb olan yeni növ koronavirus (Covid-19) ilə mübarizə üçün 16 martda görülən sərt tədbirlərә tәdricәn son qoymaq qərarına gəlib. 

11.5 milyona yaxın əhalisi olan Belçikada "Covid-19"dan həyatını itirənlərin sayı 4 min 857-ə yüksəlib, 17 milyon əhalisi olan Hollandiyada isə 3 min 315 adam epidemiyaya tab gətirə bilməyərək dünyasını dəyişib.
Virus səbəbiylə 486 insanın öldüyü və yoluxanların sayının 6 min 297-ə yüksəldiyi Meksikada "Covid-19"dan ən çox təsirlənən yerlər və az təsirlənən yerlər arasında səyahət məhdudiyyəti tətbiq ediləcəyi bildirilib.
1736 nəfərin öldüyü və yoluxanların sayının 28 min 320 olduğu bildirilən  210 milyon əhalisi olan Cənubi Amerika ölkəsi Braziliyanın ultra sağçı prezidenti Jair Bolsonaro epidemiya ilə mübarizədə razılaşa bilmədiyi səhiyyə naziri Henrique Mandettanı vəzifəsindən azad edilib.



Әlaqәli Xәbәrlәr