Daha 42 milyon 66 milyon uşaq aclıqla qarşı-qarşıya qala bilər

BMT-nin baş katibi Antonio Quterreş yeni növ koronavirusun (Covid-19) yayılmasının uşaqlara təsiri barədə hesabatını açıqlayıb.

1399797
Daha 42 milyon 66 milyon uşaq aclıqla qarşı-qarşıya qala bilər

BMT-nin baş katibi Antonio Quterreş yeni növ koronavirusun (Covid-19) yayılmasının uşaqlara təsiri barədə hesabatını açıqlayıb.
Qlobal iqtisadi tənəzzülün sürətlənməsi ilə 2020-ci ildə yüz minlərlə daha çox uşaq ölümü qeyd edilə biləcəyini bildirən baş katib "Dünyadakı uşaqların demək olar ki, hamısı (həftələrdir) məktəbə gedə bilmədi, bəzi məktəblər distant təhsil təqdim etdi, lakin bundan hər kəs istifadə edə bilmədi" deyə vurğulayıb.
310 məktəblinin, yəni dünyada məktəbə gedən uşaqların təxminən yarısının gündəlik yemək ehtiyacı üçün məktəb yeməklərinə etibar etdiklərini ifadə edən Quterreş "Covid-19" epidemiyasından əvvəl belə çox sayda uşağın qəbuledilməz qidalanma və böyümədə ciddi çətinliklərlə qarşı-qarşıya olduqlarına diqqət çəkib.
Quterreş həmçinin uşaqların karantində həmin zamanda ailədə zorakılığa, sui-istifadəyə də məruz qaldıqlarını qeyd edib.  
Baş katib Quterreş sosial media şirkətlərinin uşaqların qorunması üçün xüsusi bir məsuliyyət daşıdığını deyib.
Epidemiya səbəbiylə digər peyvəndlərinin dayandırıldığını və 23 ölkədə qızılca peyvəndindən istifadə edilmədiyini  bildirən Quterreş xəstəxanaların həddindən artıq dolu olması səbəbindən uşaqların sağlamlıq sistemlərinin əlçatan olmadığını bildirib.
Hesabata görə, keçən il həddindən artıq yoxsulluqla üzləşən 386 milyon uşağa epidemiya ilə yanaşı daha 42 milyon 66 milyon uşaq əlavə edilə bilər.
"Covid-19" epidemiyası səbəbindən məktəblərin bağlandığı 188 ölkədə bir milyard yarım uşaq və gənc təhsilinə fasilə vermək məcburiyyətində qaldı.



Әlaqәli Xәbәrlәr