Fransada hәrbi helikopter qәzaya uğrayıb, ölәnlәr var

Qәza nәticәsindә 2 nәfәr hәlak olub, 5 nәfәr dә yaralanıb.

1398964
Fransada hәrbi helikopter qәzaya uğrayıb, ölәnlәr var

 

Fransanın cәnubunda hәrbi helikopter qәzaya uğrayıb. Qәza nәticәsindә 2 nәfәr hәlak olub, 5 nәfәr dә yaralanıb.

Rәsmilәrin verdiyi mәlumata görә, qәza ölkәnin cәnubundakı Bouilh-Devan bölgәsindә yerli vaxtla saat 16.30-da baş verib. Hәrbi helikopterin qәzaya uğraması nәticәsindә 2 nәfәrin hәlak olduğu, 2-si ağır olmaqla 5 nәfәrin dә yaralandığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.



Әlaqәli Xәbәrlәr