Pakistanda hәrbi tәyyarә qәzaya uğrayıb

Bu barәdә Pakistan ordusu tәrәfindәn verilәn mәlumatda bildirilib.

1397014
Pakistanda hәrbi tәyyarә qәzaya uğrayıb

 

Pakistan ordusuna mәxsus ‘‘Mushaq’’ tipli hәrbi  tәyyarәnin Qujarat şәhәri yaxınlığında qәzaya uğradığı bildirilib. Qәza nәticәsindә tәyyarәdәki iki pilot da hәlak olub.

Bu barәdә Pakistan ordusu tәrәfindәn verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, hərbi təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb. Mәlumatda qeyd olunub ki, qәza Türkiyә vaxtı ilә saat 08.00-da baş verib.

Ölkәdә әn son mart ayının 23-dә Pakistan Milli Günündә bir tәyyarә qәzaya uğramışdı, nәticәdә pilot hәlak olmuşdu.



Әlaqәli Xәbәrlәr