Hafterə bağlı qüvvələrin helikopteri düşürülüb

Liviya hökuməti ölkənin şərqindəki qeyri-qanuni qüvvələrin başçısı olan Xəlifə Hafterə bağlı olan qüvvələrə məxsus hərbi helikopteri düşürüb. Misratanın cənubunda 35 milis zərərsizləşdirilib.

1396645
Hafterə bağlı qüvvələrin helikopteri düşürülüb

Liviyada ölkənin şərqindəki qeyri-qanuni qüvvələrin başçısına bağlı qüvvələrin paytaxt Tripolinin cənubundakı mülki yaşayış məntəqələrinə təşkil etdiyi bombalı hücumda bir uşaq və bir qadın həyatını itirib.
Ayn Zara bölgəsində bir evə raketin düşməsi nəticəsində 1 uşaq və 1 qadının öldüyü bildirilib.
Digər tərəfdən, Liviya hökuməti ölkənin şərqindəki qeyri-qanuni qüvvələrin başçısı olan Xəlifə Hafterə bağlı olan qüvvələrə məxsus hərbi helikopteri düşürüb. Misratanın cənubunda 35 milis zərərsizləşdirilib.
Liviyanın BMT tərəfindən legitimliyi tanınmış Milli Həmrəylik Hökumətinin sözçüsü podpolkovnik Məhəmməd Kununu'nun yazılı açıqlamasına görə, Tripoli hökumətinə bağlı hava qüvvələri paytaxt Tripolinin 200 km şərqindəki Misrata şəhəri yaxınlığında Hafter milislərinə məxsus Rusiya istehsalı olan "Mi-35" növ hərbi helikopteri düşürüb.
Çin istehsalı olan 2 pilotsuz uçuş aparatını (PUA) da düşürdüklərini bildirən Kununu helikepterdə olanların hamısının öldüyünü açıqlayıbi, ancaq helikopterdə olanların sayı haqqında məlumat verməyib.
 Milli Həmrəylik Hökumətinə bağlı "Qəzəb vulkanı" adlı əməliyyatın mətbuat mərkəzindən edilən açıqlamada Hafter milislərinin Veşka və Misrata şəhərinin cənubundakı Əbu Kureyn bölgələrinə hücum etdiyi bildirilib.
Hücumun qarşısının alındığı vurğulayan açıqlamada 35 Hafter milisinin zərərsizləşdirildiyi və çox sayda milisin əsir götürüldüyü ifadə edilib.



Әlaqәli Xәbәrlәr