Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus səbəbindən indiyədək həlak olanların sayı 94 mini, yoluxanların sayı isə 1,6 milyonu keçib.

1395028
Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus səbəbindən indiyədək həlak olanların sayı 94 mini, yoluxanların sayı isə 1,6 milyonu keçib.
İtaliyada "Covid-19" epidemiyası nəticəsində həyatını itirənlərin sayı son 24 saatda 610 nəfər artaraq 18 min 279-a çıxıb. Onların 105-i həkim, 28-i isə tibb bacısıdır. Yoluxanların sayının 96 min 877-ə yüksəldiyi ölkədə hökumətin aprelin 13-də sona çatacaq sərt karantin tədbirlərinin müddətini daha 2 həftə uzatmağa hazırlaşdığı bildirilib.
Fransada yeni növ koronavirus (Covid-19) epidemiyasından ölənlərin sayı 12 min 210-a yüksəlib. Virus aşkarlananların sayı son 24 saatda 4 min 286 artaraq 86 min 334 olub.
İngiltərədə "Covid-19" səbəbiylə həyatını itirənlərin sayının son 24 saatda 881 nəfər artaraq 7 min 978, müalicə alanların sayının isə 16 min 784 olduğu bildirilib.
 Bu arada 3 gündür "Covid-19"-a yoluxduğu üçün müalicə alan baş nazir Boris Consonun reanimasiyadan çıxdığı açıqlanıb.
Epidemiyadan ölənlərin sayının 15 min 843-ə, virusa yoluxanların sayının isə 152 min 446-ya yüksəldiyi İspaniya epidemiya ilə mübarizə üçün 14 martda elan edilən fövqəladə vəziyyət rejimi 26 aprel tarixinə qədər uzadıb.
Epidemiya səbəbiylə 2431 nəfərin öldüyünü bildirən Almaniyada "Covid-19"-dan daha 7 Türk ölüb. Ölkədə ölən türklərin sayı 49-a, yoluxanların sayı isə 115 minə yüksəldi. Kansler Agnela Merkel "Covid-19" epidemiyası səbəbindən ölkədə təqribən 3 həftə əvvəl görülən tədbirlərin daha da sərtləşdirilməsinə ehtiyac duyulmadığını söyləyib. 

Belçikada "Covid-19" epidemiyasından ölənlərin sayı 3 min 19-a, virusa yoluxanların sayı son 24 saatda 684 artaraq 26 min 666-ya çıxıb.
İsveçin Södertalje şəhərində boş bir yataq olmasına baxmayaraq reanimasiya şöbəsinə qəbul edilməyən "Covid-19" xəstəsi 81 yaşlı süryani Hanna Altınsu həyatını itirib. Xəstəxana baş həkimin müavini Bengt Cederlund "Bu yaxınlarda öyrəndiyimis şey, 80 yaşdan yuxarı olanların reanimasiyada sağalma ümidlərinin çox az olmasıdır. Reanimasiya çox çətin bir prosesdir və 80 yaşdan yuxarı xəstələr tez-tez sağalma gücünə sahib deyillər" ifadəsini işlədib.
Yeni növ koronavirusun mərkəzi yeri olan ABŞ-da ölənlərin sayı artır.
14 min 831 insanın həyatını itirdiyi ölkədə 432 min 579 adamvirusa tutulub. Ölümlərin 799-u epidemiyanın ən çox təsir etdiyi Nyu-York ştatında qeydə alınıb. Beləliklə, ştatda ölənlərin sayı 7 min 67-ə yüksəlib. Nyu-York şəhərində "Covid-19" epidemiyası səbəbindən dünyasını dəyişənlər Hart adasında kütləvi şəkildə dəfn olunur. Prezident Donald Tramp ABŞ-dakı yeni koronavirus epidemiyası ilə əlaqədar "Ölənlərin sayı baxımından təxminlərin aşağısında olması üçün cəhd göstəririk. Nəzərə alınan 100 min ölümdən aşağı olacağına ümid edirəm" deyib. Müdafiə Nazirliyi (Pentaqon) yeni növ koronavirusun yayılması səbəbiylə bütün komandanı maska taxmağa məcbur etdikdən sonra mərkəzi qərargahı Puerto Rikoda yerləşən bir şirkətlə maska tədarükü üçün 86 milyon dollarlıq müqavilə bağlayıb.
Digər tərəfdən, ABŞ donanmasına qoşulan "USS Theodore Roosevelt" təyyarə gəmisindən sonra "USS Nimitz" və "USS Ronald Reagan" təyyarə gəmilərində də "Covid-19"-a yoluxma faktları aşkarlanıb.

Avstraliyada daha üç nəfərin koronavirusdan  ölməsi nəticəsində həyatını itirənlərin sayı 54 nəfərə, virusa tutulanların sayı 6 min 204-ə çıxıb.
Braziliyada virusdan ölənlərin sayı 941-ə, virusa yoluxanların sayı isə 930 min artaraq 17 min 857-ə yüksəlib. Prezident Jair Bolsonaroya baş çəkdiyi çörək dükanında işçilərlə şəkil çəkdirdikdən sonra çıxışda ətrafdakılar etirazlarını dilə gətiriblər.

Sloveniyada epidemiyadan 45 nəfər həyatını itirib, 160 adamda "Covid-19" aşkarlanıb.
Son 24 saatda artımın qeydə alındığı Avropa ölkələrinin bəzilərində baş verən yoluxma faktlarının və ölənlərin sayı belədir:
"İsveçrə 24 min 172/958, Portuqaliya 15 min 472/435, Avstriya 13 min 431/319, Çexiya 5 min 589/113, Polşa 5 min 742/175, Rumıniya 5 min 467/265, Macarıstan min 190/77, Serbiya 2 min 867/66, Xorvatiya min 407/20, Yunanıstan min 955/87".



Әlaqәli Xәbәrlәr