Vuhanda karantin rejimi ləğv edilincə nələr oldu?

Çin Milli Səhiyyə Komissiyasının verdiyi məlumata görə...

1394735
Vuhanda karantin rejimi ləğv edilincə nələr oldu?

 

  Minlərlə insan 7 apreldə 76 günlük karantin rejiminin ləğvi ilə yeni növ korona virusu (Covid-19) epidemiyasının baş qaldırdığı Çinin Hubey əyalətinin Vuhan (Wuhan) şəhərini tərk etdi.

  11 milyon əhalisi olan Vuhanda avtovağzal və qatar stansiyalarında uzun növbələr meydana gəlib.

  Bir sıra uçuşların başlanması ilə təxminən 55 min nəfərin getdiyi Tianhe hava limanından təkcə bir gündə - 9 apreldə hələ 10 min adamın da şəhəri tərk etməsi gözlənilir.

  Vuhandan Şanxay, Pekin və Sincan şəhərlərinə kommersiya uçuşları da başlayıb.

  Qeyd edək ki, Çində epidemiya başlayandan bəri yoluxma sayı 81,865, ölü sayı isə 3335-ə çatıb, 77 min 370 xəstə sağalıb.

  Vuhanda 11 həftədir tətbiq olunan karantin 7 apreldə qaldırılıb.

  Çin Milli Səhiyyə Komissiyasının verdiyi məlumata görə, yanvar ayından bəri ölkədə ilk dəfə 7 apreldə “Covid-19”dan kimsə ölməyib.



Әlaqәli Xәbәrlәr