Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçib

Yeni növ koronavirus səbəbindən indiyədək həlak olanların sayı 87 mini, yoluxanların sayı isə 1,5 milyonu keçib.

1394329
Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçib

Yeni növ koronavirus səbəbindən indiyədək həlak olanların sayı 87 mini, yoluxanların sayı isə 1,521 milyonu,  sağalanların sayı isə 330 mini keçib. Son gün ərzində 84 min 384 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 6 min 414 nəfər artıb.

Yeni növ koronavirus epidemiyasının baş qaldırdığı Çində son 24 saat ərzində virus səbəbiylə daha 2 nəfər öüb. Beləliklə Çində, epidemiya başlayandan bəri virus nəticəsində ölənlərin sayı 3 min 335, daşıyıcıların sayı 81 min 865 olub, virusdan 77 min 370 xəstə isə sağalıb.
Yeni növ koronavirusdan 4 min 110 nəfərin həlak olduğu, tutulanların sayının isə 64 min 586 olduğu İranın Elbruz əyalətində virusun yoluxduğu 100 yaşındakı bir xəstə sağalıb.
Ölənlərin sayının 204, yoluxanların sayının isə 10 min 423 olduğu Cənubi Koreyada son 24 saatda 39 insanda virus aşkarlanıb və bu rəqəmin 20 fevraldan bu yana ölkədə ən aşağı rəqəm olduğu bildirilib. "Covid-19"-a tutulub müalicə olunan ən az 74 nəfərə ikinci dəfə virus yoluxub.
Yeni koronavirus (Covid-19) səbəbiylə İsraildə ölənlərin sayı 79-a yüksəlib. Səhiyyə Nazirliyi daha əvvəl "Covid-19" virusuna yoluxanların sayının 9 min 755-ə yüksəldiyini, onlardan 801 xəstənin sağaldığını bildirmişdi. Ökədə koronavirusun aşkarlandığı və vəziyyəti ağır olan 6 xəstə kök hüceyrə müalicəsilə sağalıb.
65 nəfərin həyatını itirdiyi Malayziyada yeni növ koronavirusa tutulanların sayı 4 mini keçib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın valisi 77 yaşlı şahzadə Bəndər bin-Əbdüləziz də daxil olmaqla kral ailəsinin 150 üzvü koronavirusa yoluxub.
Yeni növ koronavirus səbəbindən ölənlərin sayı Misirdə 103, Mərakeşdə 96, Əlcəzairdə 205, İraqda 69, Tunisdə 24-ə çıxıb.
Somalidə yeni koronavirus səbəbiylə ilk ölüm hadisəsi baş verib.
Ümumdünya Səhiyyə Təşkilatının Afrikadakı məlumatlarına görə, qitədə 10 min 420 yoluxma faktı qeydə alınıb, ölənlərin sayı 535-ə çıxıb. Afrikada tədbirlər çərçivəsində indiyədək 43 ölkə sərhədlərini tamamilə bağlayıb, 7 ölkə isə beynəlxalq hava nəqliyyatını dayandırıb.
Liberiyada epidemiya ilə mübarizə çərçivəsində fövqəladə vəziyyət elan edilib.

Hindistanda "Covid-19" səbəbiylə 186 adam ölüb, yoluxanların sayı 6 min 237-ə yüksəlib. Mumbayda yerləşən Asiyanını ən böyük gecəqondu bölgəsi Dharavidə yeni növ koronavirusun baş qaldırması panikaya səbəb olub. Odisha ştatında hökumət aprelin 15-də başa çatması planlaşdırılan komendant saatı müddətinin aprelin 30-dək uzadıldığını elan edib.
6 nəfərin öldüyü və 276 yoluxma faktının qeydə alındığı Nigeriyada 2 min 600 məhbus yeni növ koronavirus tədbirləri çərçivəsində əfv edilib.



Әlaqәli Xәbәrlәr