Taliban hücumlarını davam etdirir

Bu barәdә Sumanqan Polis İdarәsinin rәsmilәri mәlumat verib.

1393612
Taliban hücumlarını davam etdirir

 

Taliban silahlılarının Әfqanıstanın şimalındakı Samanqan vilayәtinin Dere-I Suf Bala qәsәbәsindә törәtdiyi hücum nәticәsindә iki dinc sakin hәlak olub.

Bu barәdә Sumanqan Polis İdarәsinin rәsmilәri mәlumat verib.  Mәlumata әsasәn, Taliban qruplaşması Dere-I Suf Bala qәsәbәsinin Pas Kol vә Çarmaqzak kәndlәrinә hücum edib, nәticәdә iki dinc sakin hәlak olub, 5 nәfәr dә xәsarәt alıb.

Hücumdan sonra tәhlükәsizlik qüvvәlәri ilә silahlılar arasında qarşıdurma baş verib. Qarşıdurma zamanı 15 silahlının öldürüldüyünü 22-nin dә yaralandığını ifadә edәn rәsmilәr hücumun qarşısının alındığını vurğulayıb.

Qeyd edәk ki, Taliban qruplaşması hücumla bağlı açıqlama vermәyib.



Әlaqәli Xәbәrlәr