Aprelin 14-dən Avstriya normal həyata qayıdır

Avstriyanın baş naziri Sebastian Kurz, səhiyyə naziri Rudolf Anşober (Rudolf Anschober) və daxili işlər naziri Karl Nehammer “Covid-19”la bağlı keçirilən birgə mətbuat konfransında açıqlamalar veriblər.

1392510
Aprelin 14-dən Avstriya normal həyata qayıdır

 

  Avstriyada yeni növ korona virusu (Covid-19) epidemiyası ilə əlaqədar bağlanan bir sıra obyektlərin aprelin 14-dən, ticarət mərkəzləri kimi böyük müəssisələrin isə mayın 1-dən açılacağı bildirildi.

  Avstriyanın baş naziri Sebastian Kurz, səhiyyə naziri Rudolf Anşober (Rudolf Anschober) və daxili işlər naziri Karl Nehammer “Covid-19”la bağlı keçirilən birgə mətbuat konfransında açıqlamalar veriblər.

  Ölkənin baş naziri S.Kurz deyib: “14 aprel tarixindən 400 kvadrat metrlik kiçik müəssisələr, inşaat və bağçılıq materialları satan bazarlar açılacaq. Mayın 1-dən isə əksər iş yerləri, ticarət mərkəzləri və bərbərləri açmağı planlaşdırırıq. Otel, restoran və yeməkxanalar isə may ayının 2-ci həftəsindən sonra açılacaq. İbtidai və orta məktəblər mayın ortalarına qədər bağlı olacaq, bu müddət universitetlərdə distant təhsil ilə bitəcək. Supermarketlər və ictimai nəqliyyatda tətbiq olunan maskadan istifadə öhdəliyi daha da ciddiləşəcək. Bütün bu tədbirlərlə bağlı son qərar aprel ayının sonunda veriləcək”.



Әlaqәli Xәbәrlәr