Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Epidemiya səbəbindən indiyədək həlak olanların sayı 70 mini, yoluxanların sayı isə 1 milyonu keçib.

1391755
Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həlak olanların sayı  70  mini, yoluxanların sayı isə 1 milyonu keçib. Mәlumatda bildirilib ki, müalicә olunana xәstәlәrin sayı 245 minә çatıb.

İtaliyada  son 24 saat ərzində ‘’Covid-19’’dan ölənlərin sayı  525  nəfər artaraq  15 mini, yoluxanların sayı isə 90  mini keçib. Mәlumatda qeyd olunub ki, hәlak olanların 80 faizi hәkimdir.

Fransada koronavirus səbəbindən ölənlərin sayı 7 mini keçib. Sәhiyyә Nazirliyinin son mәlumatına әsasәn, ölkədə virusa yoluxanların ümumi sayı 90  mini keçib.

Hollandiyada son 24 saat әrzindә yeni növ koronavirus epidemiyasından hәyatını itirәnlәrin sayı 115 nәfәr artaraq 1766-ya, infeksiyaya yoluxanların sayı isә 1224 nәfәr artaraq 17 min 851 nәfәrә yüksәlib.

Almaniyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1500 nәfәri ötüb. Epidemiyaya yoluxanların sayı sutka әrzindә 6 min 603 nәfәr artaraq 100 min 132 nәfәrә çatıb.

İngiltәrәdә infeksiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 4 min 934-ә, yoluxanların sayı isә 47 min 806 nәfәrә yüksәlib. Yeni növ koronavirus epidemiyasına yoluxan İngiltәrә baş naziri Börüs Conson xәstәxanaya yerlәşdirilib. Onun virusla bağlı simptomlarının davam etdiyi bildirilib. Bu arada Böyük Britaniya Kraliçası II Elizabet koronavirus pandemiyası ilə əlaqədar xalqa çağırış edib.

Çıxışına səhiyyə işçilərinə təşəkkür etməklə başlayan Kraliça Elizabet epidemiya ilə mübarizədə fədakarlıqla çalışan digər insanların da xalqa kömək göstərdiyini söyləyib.

Koronavirusun maddi çətinliklər, kədər və böyük problemlər gətirdiyini bildirən Kraliça deyib: “Bu xəstəliklə hamımız birlikdə mübarizə aparırıq. Qətiyyətli və birgə olacağımız zaman bu xəstəliyi aradan qaldıracağıq. Qarşıda hələ çətin günlər ola bilər, amma daha yaxşı günlər qayıdacaq, yenidən dostlarımızın, ailələrimizin yanında olacağıq, bir daha görüşəcəyik”.

ABŞ-da epidemiyadan ölənlərin sayı9 min 618 nəfərə, yoluxanların sayı isə 336 min 830-a yüksəlib. 
"Tunelin sonunda işıq görməyə başladıq" deyən prezident Donald Tramp təxminən 29 milyon doza hidroksiklorokinin ehtiyatda olduğunu söyləyib.
"Federal hökumət bu gün Nyu- Yorka 600 min maska göndərəcək, 1 milyon 670 min amerikalı testdən keçirildi" deyə Tramp vurğulayıb.
Tramp ayrıca, "ABŞ xəstə ölümlərində dəhşətli bir nöqtəyə çatacaq. Lakin bu nöqtədən sonra işlər yaxşılaşmağa başlayacaq" deyib.
Digər tərəfdən, içində 4 min nəfərin olduğu ABŞ təyyarə gəmisinin kapitanı Teodor Ruzveltin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Rumıniyada yeni növ koronavirusdan ölәnlәrin sayı 148-ә, yoluxanların sayı isә 3 min 864 nәfәrә çatıb.

Yunanıstanda infensiya sәbәbindәn ölәnlәrin sayı 70-ә, yoluxanların sayı isә 1673 nәfәrә yüksәlib.

Serbiyada epidemiya sәbәbindәn ölәnlәrin sayı 51-ә, yoluxanların sayı isә son 24 saat әrzindә 284 nәfәr artaraq 1908-ә çatıb.

Sloveniyada infeksiya sәbәbindәn  hәyatını itirәnlәrin sayı 6 nәfәr artaraq 28-ә, yoluxanların sayı isә 997 nәfәrә çatıb. Ölkәdәki  156 sәhiyyә işçisindә (Covid-19) aşkar edilib. Onların 79-u müalicә olunub.

Xorvatiyada epidemiya sәbәbindәn hәlak olanların sayı 15-ә, yoluxanların sayı isә 1182 nәfәrә yüksәlib.

Bosniya vә Herseqovinada virus sәbәbindәn hәlak olanların sayı 21 nәfәrә, yoluxanların sayı isә 651-ә çatıb.

Bolqarıstanda epidemiyaya yoluxan 18 nәfәr hәlak olub, 522-nin müalicәsi davam edir.

Monteneqroda koronavirusdan ikinci ölüm qeydә alınıb. Ölkәdә virusa yoluxanların ümumi sayı 203 nәfәrә yüksәlib.

Şimali Makedoniyada epidemiya qurbanlarının sayı 18 nәfәrә, yoluxanların sayı isә 555-ә çatıb.Ölkәdә koronavirusa yoluxan 23 nәfәr müalicә olunub.

20 nәfәrin hәyatını itirdiyi Albaniyada infeksiyaya yoluxanların sayı 361 nәfәrә yüksәlib. Ölkәdә 104 nәfәr müalicә olunub.

Kosovoda koronavirusdan ilk ölüm qeydә alınıb. Ölkәdә virusa yoluxanların sayı 140 nәfәrә yüksәlib.

Avstraliyada 4 nәfәrin dә koronavirusdan ölmәsi nәticәsindә ölkәdә virus qurbanlarının sayı 39-a, infeksiyaya yoluxanların sayı isә 5 min 750-ә çatıb.



Әlaqәli Xәbәrlәr