Yeni növ koronavirusun yayılmasına qarşı qlobal həmrəylik və beynəlxalq əməkdaşlıq artırılacaq

BMT Baş Assambleyası yeni növ koronavirusun (Covid-19) yayılmasına qarşı qlobal həmrəyliyi və beynəlxalq əməkdaşlığı artırmağa çağıran qətnaməni yekdilliklə qəbul edib.

1390517
Yeni növ koronavirusun yayılmasına qarşı qlobal həmrəylik və beynəlxalq əməkdaşlıq artırılacaq

BMT Baş Assambleyası yeni növ koronavirusun (Covid-19) yayılmasına qarşı qlobal həmrəyliyi və beynəlxalq əməkdaşlığı artırmağa çağıran qətnaməni yekdilliklə qəbul edib.
Norveç, İsveçrə, Sinqapur, İndoneziya, Lixtenşteyn və Qana tərəfindən hazırlanan və 193 üzvlü BMT Baş Assambleyasında 188 ölkə tərəfindən dəstəklənən qərar yekdilliklə qəbul edilib.
Həmin qərar BMT-nin koronavirusun yayılması ilə bağlı ilk qərardır.
Koronavirus epidemiyası səbəbindən yığıncağa çağırıla bilməyən Baş Məclisdə səsvermə yeni qaydalar çərçivəsində keçirilib.
Qanun layihəsi aprelin 2-də təqdim edildikdən sonra, yerli vaxtla 18: 00-a qədər ölkələrə etiraz etmə hüququ verilib.
Bu müddət başa çatandan sonra qərar yekdilliklə qəbul edilib və  qüvvəyə minib.
Qərarda koronavirusun cəmiyyətlər üzərindəki dağıdıcı təsirinə və iqtisadiyyatın, qlobal səyahət və ticarətin ciddi şəkildə pozulduğuna diqqək çəkilib və ən kasıb və ən çox təsirlənən ölkələrə köməklik göstərilməsinin vacibliyi vurğulanıb.
Epidemiyaya qarşı qlobal həmrəyliyi və beynəlxalq əməkdaşlığı artırmağa çağıran qərarda ayrıca, -hər növ ayrı-seçkilik, irqçiliyik və ksenofobiyaya qarşı durulması və insan haqlarına hörmətlə yanaşılmasının lazım olduğu qeyd edilib. 
Digər tərəfdən, Rusiyanın BMT Baş Məclisinə təqdim etdiyi koronavirus epidemiyasının səbəb olduğu çətinliklər qarşısında ticarət müharibələrini dayandırmağa və BMT Təhlükəsizlik Şurasının razılığı olmadan birtərəfli sanksiya qərarları verməməyə çağıran qanun layihəsi isə qəbul edilməyib.
Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, ABŞ, Avropa İttifaqı və Ukrayna qərara etiraz edib.
BMT Baş Assambleyasında epidemiya səbəbindən səs verilə bilmədiyi üçün yeni müəyyən edilən qaydalara əsasən qanun layihələri yalnız yekdilliklə qəbul edilə bilir.



Әlaqәli Xәbәrlәr