Koronavirusla bağlı Şərqin vəziyyəti

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həlak olanların sayı 53 min 245 min, yoluxanların sayı isə 1 milyon 783 min olub.

1390404
Koronavirusla bağlı Şərqin vəziyyəti

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həlak olanların sayı 53 min 245 min, yoluxanların sayı isə 1 milyon 783 min olub. Virusa yoluxmuş 213 min 164 nəfər sağalıb.

Yeni növ koronavirus epidemiyasının baş qaldırdğı Çinin Hubey şəhərində daha 4 nəfər həyatını itirib.
Beləliklə, Çində ölənlərin sayı 3 min 322-ə, epidemiyanın başlandığı gündən bəridir yoluxma hadisələrin sayı 81 min 620-ə çıxıb, 76 min 571 xəstə isə sağalıb.
Cənubi Koreyada "Covid-19" səbəbindən ölənlərin sayı 174-ə çıxıb, virusun yoluxduğu insanların sayı 10 mini keçib.
Şimali Koreyada bu günə qədər aşkarlanan "Covid-19" yoluxma faktı olmasa da, təxminən bir həftə əvvəl ölkədə tibbi nəzarət altında olanların sayının 2 min 280 olduğunu bildirilən Şimali Koreyanın rəsmi agentliyi "KCNA" bu rəqəmin 500-ə qədər azaldığını açıqlayıb.

Rusiyada son 24 saatda epidemiyadan həlak olanların sayı 34 olduqda, virusa yoluxanların sayı 4 min 149 nəfərə çıxıb. Ölkədə 120 mindən artıq insanın tibbi müşahidədə olduğu bildirilib.
 Epidemiya səbəbiylə 3 min 160 insanın öldüyü İranda Məclis sədri Əli Laricaninin "Covid-19" testinin müsbət çıxdığı bildirilib.
İran Məclisində virusa yoluxanların sayı 23-ə çıxıb, Laricaninin isə karantinə alındığı öyrənilib.
İraqda virusdan ölənlərin sayı 54-ə çatıb. Ölkədəki yoluxma hallarının sayı 772 olub. 
Əsəd rejimi Suriyada nəzarət etdiyi bölgələrdə yeni növ koronavirusa tutulanların sayının 16-ya çıxdığını açıqlayıb. Daha əvvəl 2 ölüm faktının qeydə alındığı açıqlanan Suriyada virusa yoluxanların sayının daha çox olması ilə əlaqədar narahatlıq var. 
Digər tərəfdən BMT-nin Suriya xüsusi nümayəndəsi Geir Pedersenin xüsusi müşaviri Najat Rochdi "Suriya miqyasında humanitar yardım heç vaxt ub səviyyədə kritik olmamışdı" deyə xəbərdarlıq edib.
 Pedersenin bütün Suriyanı əhatə edən "təcili atəşkəs çağırışını" təkrarladığını vurğulayan Rochdi bunun "Covid-19" ilə mübariçə aparılması və Suriya xalqının daha çox əziyyət çəkməməsi üçün daşıdığı əhəmiyyəti vurğulayıb. 
Fələstin hökumətinin yazılı açıqlamasında "Covid-19"-a daha 5 nəfərin tutulduğu və yoluxanların ümumi sayının 160-a çıxdığı bildirilib. Koronavirus səbəbiylə ölkədə elan edilən fövqəladə vəziyyət rejimi daha 30 gün uzadılıb. Koronavirus səbəbiylə ölkədə elan edilən fövqəladə vəziyyət rejimi daha 30 gün uzadılıb.

Səudiyyə Ərəbistanı yeni növ koronavirus tədbirləri çərçivəsində Məkkə və Mədinədə komendant saatı tətbiq etmək qərarına gəlib.
36 can itkisinin olduğu İsraildə yeni növ koronavirusa yoluxanların sayı  6 min 857-yə çıxıb.
Liviyada koronavirusdan İlk ölüm faktı qeydə alınıb.
Həyatını itirənlərin sayının 58-ə çıxdığı Misirdə virusa tutulanların sayı 865 nəfər olub.
Mərakeşdə virusun yoluxduğu insan sayı 708, Tunisdə ölənlərin sayı 13 olub.
Qətərdə yeni koronavirusdan ölənlərin sayı 3-ə, İordaniyada 5-ə çatıb.
Birləşmiş Ərəb Əmirliklərində min 42, Bəhreyndə 643 yoluxma faktı qeydə alınıb.
Sudanda virusa yoluxanların sayı 8 olduqda, İordaniyada kənd təsərrüfatı naziri İbrahim co-Şahihaide "Covid-19" böhranı ilə əlaqədar bəzi "inzibati səhvlər" səbəbiylə istefa edib.
Toqoda koronavirusa yoluxan 39 nəfərdən 2-si həlak olub, 17 nəfər isə sağalıb. Kamerunda 284 yoluxma faktı qeydə alınıb. Onlardan 7-si ölümlə nəticələnib, 10 xəstə isə sağalıb.
Afrikada "Covid-19" epidemiyasının ən son müşahidə olunduğu Burundidə 2 hadisə yoluxma faktı panikaya səbəb olub. 

Bir nəfərin öldüyü və 195 "Covid-19" yoluxma faktının  olduğu Seneqalda xəstələrin sağlanması istiqamətində sürətli nəticələr verdiyi səbəbiylə hidroksiklorokin müalicəsinin davam etdiriləcəyi bildirilib.

Qırğızıstanda yeni bir növ koronavirusdan ilk ölüm faktı qeydə alınıb. Ölkədə virusa yoluxanların sayı 130-a yüksəlib. 

Özbəkistan tərəfindən Qırğızıstana min ton un, 7 min qoruyucu paltar, 20 min əlcək və 500 qoruyucu eynək yardım olaraq göndərilib. Çin hökuməti, eyni zamanda, Qırğızıstana 21 min "Covid-19" sürətli diaqnostik test göndərib.



Әlaqәli Xәbәrlәr