Şincin Çində pişik və it ətinin istehlakına qadağa qoyan ilk şəhər oldu

Şincin şəhər rəhbərliyi verdiyi məlumatda bildirib...

1389965
Şincin Çində pişik və it ətinin istehlakına qadağa qoyan ilk şəhər oldu

 

  Korona virusunun yeni növü “Covid-19” epidemiyasından sonra Şincin Çində pişik və it ətinin istehlakı və satışına qadağa qoyan ilk şəhər oldu.

  Şincin şəhər rəhbərliyi verdiyi məlumatda bildirib: "Pişiklər və itlər ev heyvanlarıdır və insanlara daha yaxındırlar. İtlərin, pişiklərin və digər ev heyvanlarının istehlakına inkişaf etmiş ölkələrdə, o cümlədən Honq Konq və Tayvanda çoxdan qadağa qoyulub. Bu qadağa mayın 1-də Şınçində qüvvəyə minəcək.”

  Beynəlxalq Qeyri-Hökumət Cəmiyyətləri Təşkilatı heyvan hüquqları müdafiəçisi Peter Li Şincin rəhbərliyinin qəbul etdiyi qərarı müsbət qarşılayaraq deyib: "Bu hərəkət Çində hər il 4 milyon pişik və 10 milyon iti öldürən qəddar ticarətə son qoymaq yolunda səylərin dönüş nöqtəsidir”.



Әlaqәli Xәbәrlәr