Şərq ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həlak olanların sayı 45 mini, yoluxanların sayı isə 903 mini keçib.

1389522
Şərq ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həlak olanların sayı  45  mini, yoluxanların sayı isə 903  mini keçib.

İransa son 24 saat ərzində yeni növ koronavirusdan həlak olanların sayı 124 nəfər artaraq 3 min 160-a çatıb. Ölkə prezidenti Həsən Ruhani virusun bu ilin sonunadən ölkədə yayıla biləcəyindən danışıb.

İraqda virusdan ölənlərin sayı 52-yə, yoluxanların sayı isə  728-ə çatıb.

Səudiyyə Ərəbistanında  daha 6 nəfərin  virus səbəbindən həlak olması ilə  vəfat edənləri sayı 16 nəfərə yüksəlib.

Şimali Kıbrıs Türk Cümhuriyyətində  virusa yoluxanların sayı 77 nəfərə yüksəlib. Cənubi Kıbrıs Rum icmasında virusa yoluxanların sayı 320 nəfərə çatıb, virus nəticəsində həlak olanların sayı isə 9-a yüksəlib.

İsraildə epidemiya səbəbindən həlak olanların sayı 26-ya, yoluxanların sayı isə 6 min 92 nəfərə çatıb. İsrail səhiyyə naziri ilə xanımının yeni növ koronavirusla bağlı etdiyi testin vticəsinin müsbət çıxdığı bildirilib.Məlumatda bildirilib ki, səhiyyə naziri vəzifəsini icrasına evdən davam edəcək.

İsrailin 1 illik həbsdən sonra azad etdiyi bir fələstinlidə yeni bir növ koronavirus aşkar edilib.Bu barədə  Fələstin Azadlıq Təşkilatına tabe olan  Fələstinli Məhbuslar Komitəsinin verdiyi yazılı açıqlamada bildirilib. İsrailin Baş naziri Binyamin Netanyahu  müşavirlərindən birinin ''Covid-19''-a yoluxması səbəbindən yenidən karantinə alınacaq.

Mərakeşdə virus səbəbindən həlak olanların sayı 39 nəfərə çatıb.
Mirirdə yeni növ koronavirus epidemiyası səbəbindən həlak olanların sayı 52-ə, Tunisdə isə 12-ə yüksəlib.

Cənubi Afrikada Covid-19 infeksiyasına yoluxanların sayı 1353-ə, virus səbəbindən həlak olanların sayı isə 5 nəfərə yüksəlib. Həlak olanlar arasında Cənubi afrikalı bir alimin də olduğu bildirilir.

Filippində yeni növ koronavirus epidemiyasından həlak olanların sayı 107-ə çatıb, yoluxanların sayı isə 2 mini keçib.

Taylandda korona virus epidemiyasının qarşısını almaq üçün aprelin 3-dən başlayaraq ölkə miqyasında saat 22:00-04:00 arasında komendant saatı tətbiq ediləcək. 
Mayın 31-dək beynəlxalq hava yolları şirkəti olan Thai Airways Internationalın bütün uçuşları dayandırılıb. Ölkədə virus səbəbindən 15 nəfər həlak olub, 875 nəfər isə virusa yoluxub.
Malayziyada isə virus 50 nəfərin həyatına son qoyub,  3 min 166 nəfərdə virus aşkarlanıb.



Әlaqәli Xәbәrlәr