Şərq ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir.

1388016
Şərq ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət

 

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həlak olanların sayı  35  mini, yoluxanların sayı isə 750  mini keçib.
Şimali Kıbrıs Türk Cümhuriyyətində epidemiya səbəbindən bu gün yerli vaxtla saat 21.00-06.00 -dək komendant saatı elan edilməsi ilə bağlı qərar qəbul edilib. ŞKTC-də virusa yoluxanların sayı 69 nəfərə yüksəlib.

Yeni növ koronavirus səbəbindən  2700-dən çox insanın öldüyü İranda  xəstəliyin ən az 2 ay daha öz ciddiliyini qoruması  gözlənilir.İran  Prezident Aaparatının  Elm, Texnologiya və İqtisadiyyatı İnkişaf etdirmə Şurasının sözçüsü Pərviz  Kerimi  Koronavirusla Mübarizə Mərkəzinin epidemiya ilə bağlı hazırladığı hesabatı bölüşüb.Hesabata əsasən, epidemiya iyun ayının əvvəlinədək öz ciddiliyini qoruyacaq.

İran prezidenti Həsən Ruhani epidemiya səbəbindən ölkədə daxilindəki məhdudiyyətlərin müddətinin  aprelin 8-dək uzadıldığını, qaydaları pozan xəstələrin cəzalandırılacağını bildirib.

Azərbaycanda yeni növ koronavirus epidemiyası ilə əlaqədar  komendant saatı elan edildi. 4 nəfərin öldüyü və 273 nəfərin epidemiyaya yoluxduğu  ölkədə səhiyyə, infrastruktur, nəqliyyat və logistika, qida istehsalı, neft və təbii qaz və bankçılıq kimi bir sıra sektor işçiləri fəaliyyətlərini davam etdirə biləcəklər. Mətbuat nümayəndələri  də fəaliyyətlərini yerinə yetirə biləcək.

İşğal altındakı Fələstin torpaqlarında yeni növ koronavirusa yoluxanların sayı 116 nəfərə yüksəlib.Bu arada Türk Əməkdaşlıq və Koordinasiya Agentliyindən verilən açıqlamada bildirilib ki, agentlik  tərəfindən inşa edilən və  Fələstinin ən böyük səhiyyə mərkəzi olan  Qəzza Fələstin-Türkiyə Dostluq Xəstəxanası prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı istiqamətində koronavirus epidemiyası ilə mübarizə çərçivəsində fələstinli səlahiyyətlilərə təhvil verilib.

Rusiyada epidemiyaya yoluxanların sayı bir gündə 500 nəfər artaraq 2 min 337-ə yüksəlib.

İraqda yeni növ koronavirus epidemiyası səsəbəbindən həlak olanların sayı  46-ya, yoluxanların sayı isə 630-a yüksəlib. Ölkədə virusa yoluxan və daha sonra müalicə olunaraq evlərinə buraxılanların sayı isə 152 nəfərə çatıb.

İsrailin Baş naziri Binyamin Netanyahu  müşavirlərindən birinin Covid-19-a yoluxması səbəbindən karantinə alınıb.İsrail  Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə  epidemiya səbəbindən həlak olanların sayı 18-ə, yoluxanların sayı isə 4 min 831 nəfərə çatıb.

Məlumata görə, koronavirus səbəbindən Əlcəzairdə 35, Mərakeşdə 33, Tunisdə 9 və İordaniyada 5 nəfər həlak olub.

Tunisdə yeni növ koronavirus epidemiyası səbəbindən həlak olanların sayı 10-a, yoluxanların sayı isə 362 nəfərə çatıb.

Myanmada koronavirusdan ilk ölüm qeydə alınıb. Əfqanıstanda virusa yoluxanların sayı 174-ə çatıb.

Şərqi Afrika ölkəsi Tanzaniyada koronavirusdan ilk ölüm qeydə alınıb. Ölkədə 19 nəfərdə Covid-19 aşkar edilib. Filippində epidemiya səbəbindən 88 nəfər həlak olub daha 2 min 84 adamda infeksiya aşkar edilib.



Әlaqәli Xәbәrlәr