Donald Tramp İtaliyanın baş naziri Konte ilə telefonla danışıb

ABŞ prezidenti Donald Tramp "Covid-19" epidemiyasından ən çox əziyyət çəkən ölkələrdən biri olan İtaliyanın baş naziri Konte ilə telefonla danışıb.

1388271

Ağ Evin açıqlamasına görə, telefon danışığı zamanı iki lider yeni növ koronavirusla (Covid-19) bağlı son hadisələri müzakirə ediblər.

Açıqlamada prezident Trampın İtaliyada virusdan ölənlərlə bağlı Konteyə başsağlığı verdiyi deyilir.

ABŞ İtaliya və digər avropalı müttəfiqləri ilə əməkdaşlıqla bağlı vədlərini bir daha diqqətə çatdırıb.

Tramp telefon danışığı zamanı virusun yayılmasının qarşısının alınması və ehtiyacı olanların lazımi tibbi yardımı alması üçün ABŞ-ın İtaliya və digər avropalı müttəfiqləri ilə işləmək öhdəliyini bir daha təsdiqləyıb. Açıqlamada, Tramp və Kontenin epidemiyanın nəzarətdə saxlanması və qlobal iqtisadiyyata fəallıq qazandırılması üçün G-7 və G-20 də daxil olmaqla, sıx iş birliyinin davam etdirilməsi ilə bağlı razılığa gəldikləri bildirilib.

Әlaqәli Xәbәrlәr