Taliban silahlıları hücumlarını davam etdirir

Bu barədə Tahar əyalətinin Polis İdarəsinin mətbuat katibi Halil Esir məlumat verib.

1387606
Taliban silahlıları hücumlarını davam etdirir

Taliban silahlılarının Əfqanıstanın Tahar və Zabul əyalətlərində törətdiyi hücumlar nəticəsində 20 təhlükəsizlik xidməti əməkdaşı həlak olub.
Bu barədə Tahar əyalətinin Polis İdarəsinin mətbuat katibi Halil Esir məlumat verib. O, Taliban silahlılarının Tahar əyalətinin Hoca-i Qar qəsəbəsinə hücum etdiyini deyib.
Hücum nəticəsində 14 təhlükəsizlik xidməti əməkdaşının həlak olduğu ifadə edən Esir 5 nəfərin də xəsarət aldığını deyib.

Əfqanıstan Müdafiə Nazirliyindən verilən açıqlamada isə silahlıların  Zabul əyalətinin Argandab qəsəbəsindəki  hərbi bölməyə  etdiyi hücumda altı  təhlükəsizlik xidməti əməkdaşının həlak olduğu bildirilib.

Taliban Zabur və Tahar əyalətlərində törədilən hücumlarla bağlı açıqlama verməyib.



Әlaqәli Xәbәrlәr