Koronavirusla bağlı Şərqin vəziyyəti

Koronavirusdan (Covid-19) dünya üzrə həyat itkisi 34 min olub, yoluxma sayı isə 723 mini keçib.

1387264
Koronavirusla bağlı Şərqin vəziyyəti

Koronavirusdan (Covid-19) dünya üzrə həyat itkisi 34 min olub, yoluxma sayı isə 723 mini keçib.
Suriyada yeni növ koronavirus (Covid-19) səbəbiylə ilk ölüm hadisəsi qeydə alınıb, 9 nəfərdə isə virus aşkarlanıb.
Mərakeşdə yeni növ koronavirus aşkarlanan 17 aylıq bir körpənin  öldüyü açıqlanıb. Ölkədə həyatını itirənlərin sayı 27, yoluxanların sayı 450 nəfər olub.
Yeni növ koronavirus səbəbiylə İsraildə ölənlərin sayı 15-ə çatıb. Səhiyyə Nazirliyi virusa yoluxanların sayının ölkə daxilində 3 min 865-ə çatdığını açıqlayıb.

Yeni növ koronavirus (Covid-19) səbəbiylə İsraildə ölənlərin sayı 15, virus daşıyıcılarının sayı 4 min 247-ə çıxıb. Xəstələrin 74-ünün vəziyyətinin ağır olduğu, 89 nəfərin sağaldığı qeyd edilib. 
Baş nazir Binyamin Netanyahunun parlament müşaviri Rivka Paluçun "Covid-19" testinin müsbət çıxdığı bildirilib. Paluçun səhhəti barədə məlumat verilməyib.
Fələstin rəhbərliyi Qırmızı Xaçdan İsrail həbsxanalarındakı fələstinli məhbusların "Covid-19"dan qorunması üçün müdaxilə edilməsini istəyib. İsrail həbsxanalarında 43-ü qadın, 180-i uşaq və 700-ü xroniki xəstlikdən əziyyət çəkən 5 min fələstinli var.
"Covid-19" səbəbiylə 25 nəfərin öldüyü və yoluxma faktlarının sayının 979 nəfərə çıxdığı Hindistanda Baş nazir Narendra Modi hökumətin baş vermiş infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə hökumətin atdığı çətin addımlar səbəbiylə vətəndaşlardan üzr istəyib.
"Bilirəm ki, bəziləriniz mənə qəzəblənəcəksiniz, amma bu müharibədə qalib gəlmək üçün bu ciddi tədbirlər zəruridir" deyib.
Modinin açıqlaması küçəyə çıxılmasının qadağan olması səbəbindən on minlərlə mühacir işçinin işsiz qalması və nəqliyyat olmadığı üçün piyada evlərinə qayıtmağa cəhd göstərməsindən sonra verilib.
İlk ölüm faktının qeydə alındığı Burkina Fasoda Nəqliyyat, Şəhər Hərəkəti və Yol Təhlükəsizliyi naziri Vinsent Dabilgou "Covid-19" testinin müsbət olduğunu açıqlayıb. Daha əvvəl də xarici işlər və təhsil naziri də daxil olmaqla 5 nazirdə virus aşkarlanmışdı 
Qərbi Afrika ölkəsi Seneqalda virusa yoluxanların sayı 12 artaraq 115-ə çatıb. Virusun yoluxduğu 27 nəfər isə sağalıb.
Bir nəfərin öldüyü Nigeryada 97 nəfərdə virus aşkarlanıb.

Kot-d'İvuarda koronavirusa görə ilk ölüm halı qeydə alınıb. 
Misirdə həyatını itirənlərin sayı 40, yoluxanların sayı 609 olub. 
26 nəfərin həyatını itirdiyi Mərakeşdə  463 nəfərdə yoluxma faktı qeydə alınıb.
Tunis ölkədə ölü sayının 8, yoluxanların sayını isə 312 olaraq açıqlayıb.
İordaniyanın səhiyyə naziri Saad Cabir üçüncü ölüm faktının qeydə alındığını, daha 13 nəfərdə virus aşkarlandığını bildirib. 

"Covid-19" səbəbiylə Qətərdə bir nəfər ölüb, yoluxanların sayı 44 artaraq 634-ə çatıb. Müalicə alanların 45-i sağalıb.
Yaponiyada koronavirusdan ölənlərin sayı 67-yə, yoluxma hadisələrinin sayı 2 min 608-ə çıxıb. Ölkənin ən məşhur komediyaçılarından biri olan Ken Shimura "Covid-19" müalicə aldığı xəstəxanada 70 yaşında dünyasını dəyişib.
Çində daha 4 nəfər ölüb, 31 yeni yoluxma halı aşkarlanıb. 322 xəstənin xəstəxanadan evə buraxıldığı ölkədə sağalanların ümumi sayı 75 min 770-ə çatıb.



Әlaqәli Xәbәrlәr