Donald Tramp koronavirusa qarşı görülən tədbirləri qiymətləndirib

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp 5 dəqiqədə nəticələnən yeni koronavirus (Covid-19) testinin gələn həftə bütün ölkə daxilində istifadə ediləcəyini açıqlayıb.

1387459

Donald Tramp  Ağ Evdə təşkil edilən  mətbuat konfransında Covid-19-a qarşı  görülən tədbirləri qiymətləndirib.
ABŞ prezidenti 5 dəqiqə ərzində nəticələnən Covid-19 testinin ABŞ Qida və Dərman İdarəsi (AQDİ)  tərəfindən təsdiqləndiyini açıqlayaraq testin gələn həftə ölkə daxilində istifadə ediləcəyini söyləyib.
Tramp  AQDİ-nin müalicə olunan insanlardan qan plazması nümunəsi götürəcəyini açıqlayaraq  bu plazmaların yeni peyvənd hazırlamaq üçün istifadə ediləcəyini deyib.
Yeni  testin xəstəliyin yayılmasının  qarşısını almağa imkan verəcəyini bildirən Donald Tramp  minlərlə insana test edilə  biləcəyini və bu şəkildə virusu dayandıra biləcəklərini qeyd edib. Tramp  həmçinin malyariyaya qarşı  istifadə edilən hidroksiklorokin və azitromisin dərmanlarının Nyu Yorkdakı 1100 nəfər üzərində sınaqdan keçirildiyini açıqlayıb.

Әlaqәli Xәbәrlәr