Çində qatar relsdən çıxıb, ölən və yaralananlar var

Çinin Xunan vilayətində sərnişin qatarının relsdən çıxması nəticəsində 20 nəfər yaralanıb.

1387588
Çində qatar relsdən çıxıb, ölən və yaralananlar var

Çinin Xunan vilayətində sərnişin qatarının relsdən çıxması nəticəsində 20 nəfər yaralanıb.

Məlumatda Cinan şəhərindən Quancou şəhərinə gedən qatarın beş vaqonu relsdən çıxıb. Qəza nəticəsində yaralanan 20 nəfərdən 3-nün vəziyyəti ağırdır. Məlumatda qeyd olunub ki, qəzaya səbəb son günlər yağan yağışların yaratdığı torpaq sürüşməsi olub.

Qatarın maşinisti sürüşməni gördükdən dərhal sonra əyləci basıb qatarı saxlamağa çalışsa da, bu, nəticəsiz olub. Qəza zamanı  qatarın beş vaqonu relsdən çıxıb və qatarın lokomotivində yanğın da baş verib.

 



Әlaqәli Xәbәrlәr