Pandemiyanın son dərəcə böyük dalğası yaxınlaşır

Fransada pandemiya ilə bağlı karantin müddəti uzadıldı

1386474
Pandemiyanın son dərəcə böyük dalğası yaxınlaşır

 

  Fransada "Covid-19" pandemiyası ilə bağlı karantin müddəti uzadılıb. Ölkənin baş naziri Eduard Filip Yelisey Sarayından çıxış edərək karantin müddətinin aprelin 15-dək uzadıldığın bildirib. O, növbəti karantin müddətində indiki rejimdəki qaydaların qüvvədə qaldığını diqqətə çatdıraraq, zərurət olarsa, karantin müddətinin aprelin 15-dən sonra da uzadılacağını vurğulayıb və deyib: "Karantin qaydalarına riayət etməyənlər ciddi şəkildə cəzalandırılacaqlar. Pandemiyanın son dərəcə böyük dalğası yaxınlaşır". 

  Qeyd edək ki, bir neçə gün əvvəl korona virusu pandemiyası ilə bağlı yaradılmış yeni elmi şura da ölkədə karantin müddətinin ən azı 6 həftə uzadılması zərurətini vurğulamışdı.

  Ölkədə karantinlə bağlı bir çox problemlər yaranıb. Ən böyük problem ailələrdə zorakılığın 40 faiz artmasıdır.



Әlaqәli Xәbәrlәr