Şərq ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir.

1385837
Şərq ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən həlak olanların sayı  22 mini, yoluxanların sayı isə 500 mini keçib.
Çində yeni növ koronavirusdan həlak olanların sayı 3 min 287-ə, yoluxanların sayı isə 81 min 285 nəfərə çatıb.
Azərbaycanda yeni növ koronavirus epidemiyasına yoluxanların sayı 104-ə, həlak olanların sayı isə 3 nəfərə yüksəlib. Azərbaycan Ədliyyə Nazirliyi bu çərçivədə 200  məhbusun azad edildiyini açıqlayıb.

İsrailin mühasirəsi altında olan Qəzza zolağından yeni növ koronavirusla mübarizə çərçivəsində  beynəlxalq təşkilatlara maliyyə dəstəyi ilə bağlı  çağırış edilib. Səlahiyyətlilər həmçinin Birləşmiş Millətlər Təşkilatından səhiyyə sektorundakı təcili ehtiyacların ödənilməsi və  Qəzzadakı mühasirənin  aradan qaldırılması ilə bağlı çağırış edib.

İsraildə  yeni növ koronavirusa yoluxanların sayının  2 mini ötdüyü, həlak olanların sayının isə 8 nəfərə çatdığı bildirilib.
Üç nəfərin həyatını itirdiyi Rusiyada Nazirlər Kabineti  ölkə daxilində fövqəladə vəziyyət rejiminin  elan edilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. Təhsil və Elm Nazirliyi 28 mart-5 aprel tarixləri arasında  tətil olacağını  açıqlayıb. Bu arada karantin rejimini pozan 500 nəfər barəsində istintaq başladıldı.
Bir nəfərin öldüyü və 149 nəfərin virusa yoluxduğu  Moldova məktəblərin mayın 15-dək bağlı olacağı  açıqlanıb.
Ukraynada yeni növ koronavirus epidemiyası səbəbindən həlak olanların sayı 5, yoluxanların sayı isə 156 nəfərə çatıb.

Gürcüstan hökumətinin məlumatına görə, ölkədə  Covid-19-a yoluxanların sayı 79 nəfərə yüksəlib.

Epidemiya səbəbindən 6 nəfərin həlak olduğu Livanda yerli vaxtla saat 19.00-dan səhər saat  05.00-dək komendant saatı elan edilib.
Qətərdə daha 12 nəfərdə yeni növ koronavirus epidemiyası aşkar edilib. Beləliklə ölkədə virusa yoluxanların ümumi sayı 549 nəfərə çatıb.
Sabahdan etibarən ölkədə kafelər, idman zalları və əyləncə məkanlarının bağlanacağı açıqlanıb.
İordaniyada daha 40 nəfərdə Covid-19 aşkar edilib. Beləliklə ölkədə epidemiyaya yoluxanların sayı 212 nəfərə yüksəlib.

Epidemiya səbəbindən 7 nəfərin həlak olduğu Burkina-Fasoda paytaxt daxil olmaqla 8 şəhər karantinə alınıb.

İndoneziyada isə epidemiya səbəyindən həlak olanların sayı 78-ə, yoluxanların sayı da 893-ə çatıb. Kot-d' İvuarda epidemiyaya yoluxanların sayı 96-ya yüksəlib. Keniyada isə epidemiya səbəbindən ilk ölüm halı qeydə alınıb.

Epidemiya səbəbindən 5 nəfərin həlak olduğu Tunisdə virusa yoluxanların sayı 200 nəfərə çatıb.

Əlcəzairdə yeni növ koronavirus epidemiyası səbəbindən  ölənlərin sayı 25-ə yüksəlib, yoluxanların sayı isə 367-ə çatıb. Banqladeşdə təxminən bir milyon Arakanlı qaçqının yaşadığı 34 düşərgə karantin altına alınıb.



Әlaqәli Xәbәrlәr