Mütəxəssislər virusdan Amerikada il sonunadək nə qədər adamın ölə biləcəyini söylədilər

Massaçusetts Amherst Universitetinin elmi qrupu araşdırma apararaq onlarla mütəxəssisdən məlumat toplayıb. Tədqiqat zamanı aşkar olub ki...

1386346
Mütəxəssislər virusdan Amerikada il sonunadək nə qədər adamın ölə biləcəyini söylədilər

 

  Yoluxucu xəstəliklər üzrə mütəxəssislər yeni növ korona virusunun (Covid-19) Amerika Birləşmiş Ştatlarına yayılmağa davam edəcəyi təqdirdə ilin sonuna qədər təxminən 200.000-dən 2,2 milyona qədər insanın ölə biləcəyini söyləyiblər.

  Massaçusetts Amherst Universitetinin elmi qrupu araşdırma apararaq onlarla mütəxəssisdən məlumat toplayıb. Tədqiqat zamanı aşkar olub ki, bu virus 2020-ci ilin sonuna qədər 160 - 214 milyon insana təsir göstərə bilər və ən pis halda bu zaman ərzində təkcə Amerika Briləşmiş Ştatlarında 200.000 – 2,2 milyon insan ölə bilər.

  London İmperial Kollecinin epidemioloqları da hesab edir ki, ABŞ hökuməti virusa nəzarət edib ciddi tədbirlər görə bilməzsə, insan ölümü sayı bundan da çox olar. Sosial məsafə qorunmazsa, "Covid-19"un mayın sonu və ya iyunun əvvəllərində milyonlarla amerikalının həyatını itirməsinə gətirib-çıxarar. “Covid-19”un ikinci dalğasının avqust - dekabr ayları arasında baş verə biləcəyi bildirilir. Bəzi mütəxəssislər də iddia edir ki, ABŞ-da federal hökumət mart ayında korona virusundan yoluxmaların ancaq 5-20 faizini qeydə alıb.



Әlaqәli Xәbәrlәr