Macarıstanın xarici işlər naziri Türkiyəyə təşəkkür edib

Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto yeni növ koronavirus (Covid-19) ilə mübarizədə ölkəsinə kömək edən Türkiyəyə təşəkkür edib.

1386356

Nazir özünün "Facebook" sosial şəbəkəsindəki hesabında açıqlama verərək, Macarıstanın son günlərdə koronavirusla mübarizədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasından  kömək istədiyini söylyib. 
Bu çərçivədə, Türkiyənin maska istehsalında istifadə ediləcək 8 ton tekstilin Macarıstana ixracına icazə verdiyini, Özbəkistanın isə 150 min maska yolladığını ifadə edən Szijjarto "Türkiyə və Özbəkistan hökumətlərinin köməyi böyük əhəmiyyət  daşıyır, minnətdarlığımızı bildiririk. Əsl dost pis zamanda bəlli olur" deyib.

Әlaqәli Xәbәrlәr