Avropa Parlamenti təcili tədbirlər planını təsdiqlədi
AP “Covid-19”la əlaqədar xüsusi tədbirləri müzakirə etmək üçün Belçikanın paytaxtı Brüsseldə fövqəladə iclas reallaşdırıb
1386040

Avropa İttifaqı (Aİ) Komissiyasının yeni tip korona virusu (Covid-19) epidemiyası ilə bağlı hazırladığı təcili tədbirlər planı Avropa Parlamenti (AP) tərəfindən təsdiqləndi.
AP “Covid-19”la əlaqədar xüsusi tədbirləri müzakirə etmək üçün Belçikanın paytaxtı Brüsseldə fövqəladə iclas reallaşdırıb. Yığıncaqda 37 milyard avroluq maliyyəni əhatə edən Koronavirusa Müdaxilə üçün Sərmayə 683 səs, 800 milyon avroluq Aİ Həmrəylik Fondu 671 səs və “Aİ uçuş icazələri qaydalarının təxirə salınması” 686 səslə qəbul edilib.
Sözügedən mövzunun qüvvəyə minməsi üçün Aİ Şurası tərəfindən təsdiqlənməsi və Aİ-nin rəsmi qəzetində dərc olunması lazımdır.