ABŞ Kayyara bazasını da İraq qüvvələrinə təhvil verib

Bu barədə koalisiya qüvvələrindən verilən açıqlamada bildirilib.

1385993
ABŞ Kayyara bazasını da İraq qüvvələrinə təhvil verib

Amerika Birləşmiş Ştatları  İraqdakı bir hərbi bazazasını da boşaltdı.
ABŞ-ın rəhbərliyindəki DEAŞ əleyhinə koalisiya qüvvələri Əl Qaim bazasından sonra Mosuldakı Kayyara hərbi bazasını da İraq təhlükəsizlik qüvvələrinə təhvil verib.
Bu barədə koalisiya qüvvələrindən verilən açıqlamada bildirilib. Məlumata görə, hərbi baza martın 26-da İraq qüvvələrinə təhvil verilib.
Aöuqlamada bildirilib ki, koalisiya qüvvələri İraqda DEAŞ-a qarşı aparılan mübarizəyə dəstək verməyə davam edəcək.

Koalisiya qüvvələrinin rəsmisi Vincent Barker hərbi bazanın Mosulun terror təşkilatı DEAŞ-dan geri alınmasında önəmli rol oynadığı bildirilib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları  qısa müddət əvvəl  İraq-Suriya sərhədi yaxınlığında yerləşən və  strateji əhəmiyyətə malik Əl Qaim bazasını İraq qüvvələrinə təhvil vermişdi.



Әlaqәli Xәbәrlәr