Rusiyaya məxsus “Su-27” qırıcı təyyarəsi Qara dənizə düşüb

Bu barədə Rusiyanın Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.

1385134
Rusiyaya məxsus “Su-27” qırıcı təyyarəsi Qara dənizə düşüb

Rusiyaya məxsus “Su-27” qırıcı təyyarəsi Qara dəniz üzərində radarlardan itib.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.

Məlumatda bildirilir ki, yerli vaxtla saat 20:10 radələrində planlaşdırılmış uçuşlar həyata keçirən “Su-27” qırıcı təyyarəsi Krımdan 50 kilometr məsafədə, Qara dəniz üzərində radarlardan itib.

İlkin məlumatlara görə, təyyarə dənizə düşüb. Pilotun xilas edilməsi istiqamətində əməliyyat keçirilsə də, bölgədə hökm sürən əlverişsiz hava şəraiti axtarış işlərini çətinləşdirib.



Әlaqәli Xәbәrlәr