Qərbdə korona virusuyla əlaqədar 26 marta olan məlumat

Dünyada yeni növ koronavirus qurbanlarının sayı təxminən 21 minə çatıb.

1385158
Qərbdə korona virusuyla əlaqədar 26 marta olan məlumat

Dünyada yeni növ koronavirus qurbanlarının sayı təxminən 21 minə çatıb.

İtaliyada yeni növ koronavirusdan ölənlərin sayı son 24 saatda 683 nəfər  artaraq 7 min 550-ə çatıb.
Ölkədə indiyədək koronavirusa yoluxanların sayı  74 min  386 nəfərə yüksəlib.
Yerli media orqanlarının yaydığı məlumata görə, ölkədə 31 həkim də yeni növ koronavirusdan həlak olub.
Baş nazir Cüzeppe Conte yeni növ koronavirusla bağlı deyib: "Evlərimizə girən  bir düşmənlə mübarizə aparırıq" .

İspaniyada isə Covid-19 nəticəsində həlak olanların sayı 3 min 434 nəfərə çatıb. Ölkədə virusa yoluxanların sayı da 47 mini keçib.  İspaniya bu çərçivədə NATO-ya tabe olan Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika əlaqələndirmə Mərkəzindən tibbi yardım tələb edib. İspaniyada yeni növ koronavirus epidemiyasıyla mübarizə çərçivəsində 14 martda elan edilən fövqəladə vəziyyət rejiminin  müddəti aprelin 11-dək uzadılıb. Bu arada Baş nazirin müavini Carmen Kalvonun  Covid-19-la bağlı etdirdiyi testin nəticəsi müsbət çıxıb. Koronavirusa yoluxan  Bərabərlik naziri İrene Montero və İctimai İdarəetmə və Regional Siyasət naziri Carolina Dariasin isə müalicə olunduğu bildirilib.

Fransada sutka ərzində  yeni növ koronavirusdan ölənlərin sayı 231 nəfər artaraq 1331 nəfərə yüksəlib. Fransa prezidenti Emmanuel Makron əsgərlərin koronavirus epidemiyası ilə mübarizə çərçivəsində xalqa və ictimai qurumlara kömək edəcəyini bildirib.

Hollandiyada yeni növ  koronavirus epidemiyasından ölənlərin sayı 24 saat ərzində 80 nəfər artaraq 356-a, yoluxanların ümumi sayı isə 7 minə çatıb.

İngiltərədə yeni növ koronavirus səbəbindən həlak olanların sayı 43 nəfər artaraq  465-ə yüksəlib. Ölkədə virusa yoluxanların ümumi sayı 9 minə çatıb.

Macarıstanda isə virus səbəbindən həlak olanların sayı 10 nəfərə çatıb.
Həlak olanlar arasında bir İngiltərə vətəndaşının da olduğu bildirilir.

Amerika Birləşmiş Ştatlarında da epidemiya qurbanlarının sayı 802 nəfərə, yoluxanların sayı isə 55 min 238 nəfərə çatıb. ABŞ müdafiə naziri Mark Esper epidemiya səbəbindən Müdafiə Nazirliyinə tabe olan hərbi və mülki personal ilə ailələrinin xarici ölkələrə edəcəkləri səyahətlərinin təxirə salıb. Covid-19-un ilk dəfə Pentaqon binasında bir əsgərdə aşkarlandığı da bildirilib. Nyu-York ştatında epidemiyaya yoluxanların sayı 33 mini ötüb. Ştatda epidemiya nəticəsində 366 nəfər də həlak olub.
ABŞ Prezidenti Donald Tramp epidemiyanın sürətlə yayıldığı Nyu-Yorkla bağlı deyib: ''Nyu-Yorku çətin həftələr gözləyir''.

Kanadada yeni növ koronavirus epidemiyası səbəbindən ölənlərin sayı 33-ə, yoluxanların sayı isə 3 min 292 nəfərə çatıb.

Braziliyada koronavirusdan ölənlərin sayı 57, Avstraliyada 11-ə və Dominikan Respublikasında 10 nəfərə çatıb.



Әlaqәli Xәbәrlәr