Koronavirusla bağlı Qərbin vəziyyəti

Avropada yeni növ koronavirusun səbəb olduğu vəziyyət hər gün daha da ağırlaşır.

1384437
Koronavirusla bağlı Qərbin vəziyyəti

Avropada yeni növ koronavirusun səbəb olduğu vəziyyət hər gün daha da ağırlaşır.
İtaliyada koronavirusun yeni növündən (Covid-19) ölənlərin sayı son 24 saat ərzində 743 artaraq 6 min 820 nəfərə çatıb.
Ölkədə məcburi olmadıqda küçələrə çıxanların 3 min avroya qədər cərimələndirilməsi qərarı qəbul edilib.
Covid-19-dan3 min 434 nəfərin öldüyü İspaniyada epidemiyaya yoluxanların sayı 6 min 584 artaraq 39 min 673'e çatıb. Beləliklə, Covid-19 səbəbiylə son 24 saat ərzində İspaniyada ən çox ölüm halı  və infeksiya qeydə alınıb. 
Ölkədəki bəzi qocalar evlərində vəzifəli işçilərin qaçması səbəbi ilə bəzi yaşlı xəstələrin yataqlarında ölməsi isə faciəli haldır.
İspaniya rəhbərliyi NATO-dan tibbi avadanlıq dəstəyi istəyib.
Fransada bir gündə demək olar ki, hər saatda 10 nəfər koronavirusdan həyatını itirib.  
Ölkədə can itkisi 24 saat ərzində 240 artaraq min 100 oub. Bu arada, Mulhouse şəhərində epidemiya səbəbiylə xəstəxanalarda yataq tutumu probleminin olduğu bildirilib. Xəstəxanaların yükünü azalatmaq üçün şəhərdə 30 çarpayılıq hərbi xəstəxana qurulub, bəzi xəstələrin hərbi təyyarələrlə digər şəhərlərin tibb müəssisələrinə aparılıb. Hökumət Avropa Sabitlik Paketinin işə salınmasını istəyib.
Hollandiyada son 24 saatda can itkisi 63 artaraq 276 nəfərə çatıb.
Almaniyada son 24 saat isə 39 nəfər dünyasını dəyişib. Covid-19 səbəbiylə ölənlərin sayı 149 nəfərə çatıb. İnfeksiyaya yoluxanların sayı isə 31 554 minə yaxındır. Bəzi əyalətlərdə küçəyə çıxanlar 25 min avroya qədər cərimələndirilir.
Belçikada son 24 saat ərzində Covid-19 yoluxanların sayı 668 nəfər artaraq 4 min 937, can itkisi isə 56 nəfər artaraq 178 nəfərə çatıb. Ölkə daxilində daha 434 nəfər xəstəxanaya yerləşdirilib.Bununla da Covid-19 səbəbiylə xəstəxanaya yerləşdirilənlərin sayı 2.308 oldu. Onlardan 474 nəfərinin reanimasiyada olduğu bildirilib.
İngiltərə şahzadə Çarlzın koronavirus testi pozitiv çıxıb.

 71 yaşlı şahzadə Çarlzla yanaşı, onun həyat yoldaşı 72 yaşlı hersoginya Kamilla Parker Boulz da koronavirus testindən keçib. Hersoginyada testin nəticələri neqativ çıxıb.

Bildirilir ki, şahzadə və onun həyat yoldaşı Şotlandiyada təcrid ediliblər.

Can itkisinin 422, infeksiyaya yoluxanların sayının isə 8 min nəfərə çatdığı İngiltərədə isə hökumət paytaxt Londonda bir sərgi mərkəzinin 4 min çarpayının yerləşdirildiyi müvəqqəti xəstəxanaya çevrilməsinə qərar verib. Ölkədə yenidən vəzifəyə çağırılan təqaüdə olan və ya istefa etmiş həkim və  digər keçmiş tibb işçilərindən təqribən 12 mini bu çağırışa müsbət cavab verib.
Can itkisinin 28-ə yüksəldiyi Avstriyada təxminən 29 min test keçirilib. Epidemiyaya yoluxanların sayı 4 min 876 nəfərə çıxıb. 
Koronavirusdan can itkisi Polşada 9-a, Çexiyada 2-yə çatıb.
Həlak olanların sayının  797-yə çıxdığı ABŞ-da infeksiyaya  yoluxanların sayı isə 55 min 222-yə çatıb. Müdafiə naziri Mark Esper yeni növ koronavirus (Covid-19) epidemiyasının azalmağa başlamasının 8-10 həftə çəkəcəyini gözlədiklərini söyləyib. Amerika ordusunda bəzilərinin ailələri də daxil olmaqla 321 yoluxma faktı qeydə alınıb. Nyu York Qubernatorluğu xalqa xəbərdarlıq edib ki, ən pis vəziyyət aprelin sonlarında baş verəcək.

Nyu York ştatında koronavirus üzərində təsirli ola biləcək bir dərmandan istifadə edilməyə başlanıb.

Cənubi Amerika ölkəsi Ekvadorda Covid-19-dan ölənlərin sayı 27-yə, yoluxanların sayı isə 49 minə yüksəlib.

Kolumbiyada 3 nəfər virusdan ölüb, 378 nəfərə isə virus yoluxub. Ölkədə aprelin 13-dək davam edəcək ümumi karantin isə bu gün start götürüb. 

Avstraliyada aralarında 9 və 7 yaşlarında 2 uşağın da bulunduğu 138 nəfərdə koronavirus aşkarlanması nəticəsində cəmi virusun yoluxduğu insan sayı 2 min 317-yə çatıb.



Әlaqәli Xәbәrlәr