Son 24 saatda yoluxma faktlarının 85 faizi Avropa və ABŞ-da qeydə alınıb
Son 24 saatda koronavirusa yoluxma faktlarının 85%-i Avropa və ABŞ-da qeydə alınıb.

Son 24 saatda koronavirusa yoluxma faktlarının 85%-i Avropa və ABŞ-da qeydə alınıb.
Bununla əlaqədar məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) verib.
ÜST-nin verdiyi açıqlamada virusun xüsusilə ABŞ-da "sürətli irəliləməsi" diqqət çəkib.
Əldə edilən son məlumatlar işığında ABŞ-ın Covid-19-un yeni episentri ola biləcəyi də vurğulanıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 197 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 392 169-a çatıb. Bunların 102 850 nəfəri sağalıb, 17 146 nəfəri isə ölüb.
Әlaqәli Xәbәrlәr

ABŞ-ın bir çox şəhərində polis əleyhinə nümayişlər səngimir
Amerika Birləşmiş Ştatlarının (ABŞ) bir çox şəhərində polis əleyhinə nümayişlər səngimir.