Şərq ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət

İranda yeni növ koronavirus epidemiyası səbəbindən həlak olanların sayı 1812 nəfərə çatıb.

1383647
Şərq ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət

İranda yeni növ koronavirus epidemiyası səbəbindən həlak olanların sayı 1934 nəfərə çatıb. Məlumata görə, dini lider Əli Xameneinin oğlu Meysemin qayınanası Səyyidə İzzət Hamuşi də epidemiya səbəbindən vəfat edib.Ölkədə virusa yoluxanların sayı 24 min 811-ə yüksəlib.

İranda koronavirus üzrə Elm Komitənin üzvlərindən Prof. Mesud Merdani 2 minə yaxın can itkisinin olduğu ölkəsində virusun daha da yayılmasının qarşısını almaq üçün səyahətin qadağan edilməməsi halında  bir fəlakətin baş verə biləcəyini söyləyib.
Türkiyənin də aralarında olduğu bəzi ölkələrin bu prosesdə İrana etdiyi humanitar yardımdan təriflə bəhs edən Mərdani "İrana humanitar yardım göndərən ölkələrin başında Türkiyə, Qətər, Çin, və Birləşmiş Ərəb Əmirlikləri yer aldı. Uzun illər ticarət əlaqələrimiz olan Avropa İttifaqı( Aİ) ölkələri elə ciddi bir köməklik göstərmədi" deyib.

İraqda yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən ölənlərin sayı 24-ə yüksəlib. Ölkədə komendant saatı 29 mart tarixinə qədər uzadılıb. Təhlükəsizlik və səhiyyə işçiləri istisna olmaqla bütün rəsmi qurumlar da tətilə buraxılıb.

Cənubi Koreyada isə koronavirus qurbanlarının sayı 111 nəfərə çatıb. Ölkədə 8 min 961 nəfər epidemiyaya yoluxub. 93 yaşlı bir xəstənin isə sağaldığı bildirilib.

Fələstin prezidenti Mahmud Abbas Covid-19 epidemiyası ilə əlaqədar bir sərəncam imzalayıb. Sərəncama əsasən,  cəzalarının yarısını tamamlayan məhbuslar azadlığa buraxılacaq. Fələstinin rəsmi məlumatlarına görə, Qəzzada daha iki nəfərdə epidemiya aşkar edilib. Beləliklə Covid-19-a yoluxanların sayı 59 nəfərə yüksəlib.


İsrail Səhiyyə Nazirliyi ölkədə yeni növ koronavirusa yoluxanların sayının  1656  nəfərə yüksəldiyini, bunlardan 31-nin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Qeyd edək ki, Moldovada epidemiyaya yoluxanların sayı  109-a, Azərbaycanda 61-ə, Qırğızıstanda 16-ya, Ukraynada 73-ə, Ermənistanda 194-ə, Gürcüstanda isə 61 nəfərə yüksəlib.

Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi isə ölkədə daha 51 nəfərdə yeni növ koronavirus epidemiyasının aşkar edildiyini açıqlayıb. Məlumata görə, ölkədə virusa yoluxanların ümumi sayı isə 562-yə yüksəlib. 19 nəfərin müalicə olunduğu vurğulanıb.

Tunisdə yeni koronavirusa yoluxanların sayı 4-dən 89-a, Mərakeşdə 143-ə, Omanda 66-ya, Küveytdə 189-a, Qətərdə 501-ə, İordaniyada isə 128-ə yüksəlib.

Covid-19 səbəbindən 33 nəfər həyatını itirdiyi Filippində isə  396 nəfər virusa yoluxub. Ölkə prezidenti  Rodriqo Duterte epidemiya ilə mübarizə çərçivəsində fövqəladə vəziyyət elan edib.

Hindistanda epidemiya nəticəsində 8 nəfər həlak olub. Ölkədə epidemiya ilə mübarizə çərçivəsində bu ayın sonunadək komendant saatı elan edilib. Hindistanda indiyədək 425 nəfərdə yeni növ koronavirus aşkar edilib.

Cənubi Afrika ölkəsi olan Zimbabvedə koronavirusdan ilk ölüm qeydə alınıb.
Afrika ölkələrində Covid-19-a yoluxanların sayı 1788 nəfərə, həyatını itirənlərin sayı isə 58-ə yüksəlib.

Laosda ilk yeni növ koronaviru faktı aşkar edilib.



Әlaqәli Xәbәrlәr