Qərbdə korona virusuyla əlaqədar 24 marta olan məlumat

İtaliya yeni növ koronavirusun səbəb olduğu ölüm hallarının qarşısını ala bilmir.

1383688
Qərbdə korona virusuyla əlaqədar 24 marta olan məlumat

İtaliya yeni növ koronavirusun səbəb olduğu ölüm hallarının qarşısını ala bilmir. Ölkədə sutka ərzində həlak olanların sayı 601 nəfərə çatıb. Beləliklə epidemiya səbəbindən indiyədək 6 min 77 nəfər həlak olub. Bu arada İtaliyada koronavirusa yoluxan 38 yaşlı xəstənin müalicə olunaraq  xəstəxanadan buraxılıb.O, bir ayda müalicə olunub. Ölkədə virusa yoluxanların ümumi sayı 63 mini keçib.

İspaniyada yeni növ koronavirusdan bir gün ərzində 462nəfər həyatını itirib. Bununla da ölkə üzrə həyatını itirənlərin sayı 2 min 212 nəfərə çatıb.

Fransada epidemiya səbəbindən həlak olanların sayı 860-a yüksəlib. Ölkədə virusa yoluxanların sayı isə 20 minə çatıb.

Virus səbəbindən ölənlərin sayının 213-ə, yoluxanların  sayının isə 4 min 749-a yüksəldiyi Hollandiyada bir-birinə metr yarımdan çox yaxınlaşanlar cərimələnəcəklər.

Almaniyada isə epidemiya səbəbindən həlak olanların sayı 116-ya yüksəlib. Almaniya kansleri Angela Merkelə martın 20-si günü sətəlcəm peyvəndi vuran həkimin yeni növ koronavirus testinin müsbət çıxdığı və Merkelin evində karantində qalmaq qərarı verdiyi bildirilmişdi. Merkelin koronavirusla bağlı keçirilən testin nəticəsinin mənfi çıxdığı qeyd edilib.
Komendant saatının elan edildiyi Yunanıstanda isə epidemiya səbəbindən ölənlərin sayı 17-yə, yoluxanların sayı da  695-ə yüksəlib.

Cənubi Kıbrıs Rum İcmasında isə virusa yoluxanların sayı 116 nəfərə çatıb. Cənubi Kıbrıs Rum İcmasının lideri Nikos Anastasiadis koronavirusla mübarizə çərçivəsində bu gündən etibarən komendant saatının elan ediləcəyini açıqlayıb.

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel deyib:  "Covid-19 misli görünməmiş qlobal böhrandır".
Avropa İttifaqına üzv ölkələrin  xarici işlər nazirlərinin telekonfrans vasitəsilə təşkil etdiyi qeyri-rəsmi görüşdən sonra mətbuata açıqlama verən Cozef  Borrel bu epidemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

İngiltərədə isə yeni növ koronavirusdan həlak olanların sayı 335 nəfərə çatıb. Zəruri hallar istisna olmaqla xalqa evdən çıxmalarına icazə verilməyəcək.

İsveçrə yoluxanların sayına görə İtaliyadan sonra ikincidir. Məlumata görə, indiyədək ölkədə epidemiya səbəbindən həlak olanların sayı 112-yə, yoluxanların sayı isə 8 min 549  nəfərə çatıb.
Avstraliyada Covid-19-a yoluxanların sayı 3924-əi həlak olanların sayı da 21 nəfərə çatıb.
Şimali Makedoniyada yeni növ koronavirusa yoluxanların sayı 139-a, Albaniyada 104-ə, Kosovoda 35-ə və Bosniya və Herseqovinada 130 nəfərə yüksəlib.
Amerika Birləşmiş Ştatlarında epidemiyaya yoluxanların sayı 35 mini keçib. ABŞ İctimai Səhiyyə İdarəsinin müdiri Ceremi  Adams ölkə vətəndaşlarına evdə qalmaları ilə bağlı çağırış edib.
Epidemiya səbəbindən indiyədək  Braziliyada 25, Ekvadorda 18,  Peruda 5, Panamada 3, Argentinada 4, Dominikan Respublikası və Kolumbiya 3, Kosta Rika, Çili, Meksika və Porto Rikoda 2, Paraqvay, Qvatemala və Kubada 1 nəfər həlak olub.

Kanadada  isə epidemiyaya yoluxanların sayı 2 mini ötüb. Virus səbəbindən həlak olanların sayı da 24 nəfərə çatıb. Kanada baş naziri Castin Trudo xalqa çağırış edərək deyib: ''Evə gedin və evdə qalın''.

Avstraliyada epidemiya səbəbindən həlak olanları sayı 8 nəfərə çatıb.



 



Әlaqәli Xәbәrlәr