Antonio Quterreş qlobal atəşkəs ilə bağlı çağırış edib

Birləşmiş Millətlər Təşkilatı yeni növ koronavirusla (Covid-19) mübarizə çərçivəsində qlobal atəşkəslə əlaqədar çağırış edib.

1383633
Antonio Quterreş qlobal atəşkəs ilə bağlı çağırış edib

Birləşmiş Millətlər Təşkilatı  yeni növ koronavirusla (Covid-19) mübarizə çərçivəsində qlobal atəşkəslə əlaqədar çağırış edib.

BMT-nin baş katibi Antonio Quterreş epidemiya ilə mübarizə çərçivəsində dünyanın ən müdafiəsiz  müharibə zonalarında humanitar dəhlizlərin yaradılması üçün qlobal atəşkəslə bağlı çağırış edib.

Quterreş telekonfrans vasitəsilə keçirdiyi mətbuat toplantısında bildirib ki, ortaq bir düşmən Covid-19 ilə üzləşən dünyada silahlı qarşıdurmalar və müharibələr hələ də davam edir.


Antonio Quttereş səhiyyə sistemlərinin çökdüyü və səhiyyə işçilərinin hədəf alındığı müharibə zonalarında müdafiəsiz insanlar ilə qaçqınların koronavirus epidemiyasına yoluxma riskinin iki dəfə artdığını bildirib.


" Yeni növ koronavirusla (Covid-19) mübarizə çərçivəsində qlobal atəşkəslə əlaqədar çağırış edirəm'',-deyə Antonio Quterreş vurğulayıb.

BMT-nin baş katibi bildirib ki, hava hücumlarını  dayandırın. Bu Covid-19-la üzləşən və humanitar yardıma möhtac olan insanlar üçün çox əhəmiyyətlidir.


 



Әlaqәli Xәbәrlәr