“Covid-19”: 1 gündə 32 min yoluxma, 1300-dən çox ölü

"Covid-19": bir sutkada 32 min yeni yoluxma və 1344 ölüm halı qeydə alınıb

1382625
“Covid-19”: 1 gündə 32 min yoluxma, 1300-dən çox ölü

 

  Dünyada "Covid-19" virusuna yoluxanların sayı 280 minə yaxınlaşıb, 13 minə qədər insan həyatını itirib.

  Ümumdünya Səhiyyə Təşkilatının martın 21-nə olan məlumatına görə, sutka ərzində 32 min yeni yoluxma və 1300-dən çox ölüm faktı qeydə alınıb.

  Ölümlə nəticələnən yoluxma hallarının sayına görə Avropa birinci yerdədir: 6 mindən çox adam (sutka ərzində 1101). Amerikada 19 minə yaxın yoluxma və 250-yə yaxın ölüm halı baş verib. Hələlik ən az yoluxanlar Afrikada və Cənubi-Şərqi Asiyadadır: müvafiq olaraq 572 (12 ölüm) və 979 (38 ölüm).



Әlaqәli Xәbәrlәr