ABŞ prezidenti Şimali Koreya başçısına əməkdaşlıq təklif etdi

Ağ Ev səlahiyyətlisinin bildirdiyinə görə...

1382771
ABŞ prezidenti Şimali Koreya başçısına əməkdaşlıq təklif etdi

 

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Şimali Koreyanın başçısı Kim Çen İnə (Kim Jong-Un) məktub göndərərək yeni tip korona virusu (Covid-19) epidemiyasına qarşı ilə mübarizədə əməkdaşlıq təklif etdi.

  Tramp Kimin xalqını korona virusu təhdidindən qorumaq üçün göstərdiyi səylərdən təsirləndiyini və əməkdaşlığa hazır olduqlarını deyib.

  Ağ Ev səlahiyyətlisinin bildirdiyinə görə, “Aralarının gərgin olmasına baxmayaraq, məktub iki ölkə başçısı arasında xüsusi və çox möhkəm fərdi əlaqələrə bir işarədir. Tramp Şimali Koreya başçısı ilə danışıqları davam etdirməyin tərəfdarıdır”.

  Şimali Koreya mediası da ABŞ prezidentinin məktub göndərdiyini yazıb, amma Kim Çen-İnin ona bir cavab verdiyinə dair hər hansı bir şərh yoxdur.

​  Qeyd edək ki, Şimali Koreya hökuməti ölkədə korona virusuna rast gəlinmədiyini söyləyir. Bir sıra xarici mütəxəssis isə ölkədəki qeyri-kafi səhiyyə infrastrukturunun insan fəlakətinə səbəb olacağı ilə bağlı xəbərdar edir.



Әlaqәli Xәbәrlәr