Şərq ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət

Dekabr ayından bəri dünyada yayılmağa davam edən yeni növ koronavirus qurbanlarının sayı artmaqda davam edir.

1381623
Şərq ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət

Dekabr ayından bəri dünyada yayılmağa davam edən yeni növ koronavirus qurbanlarının sayı artmaqda davam edir.
İraqın cənubundakı Bəsrə və Zikar şəhərlərində koronavirus səbəbindən iki nəfər də həlak olub. Beləliklə öikədə epidemiya nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.
Şimali Kıbrıs Türk Cümhuriyyətinin (Şimali Kipr) səhiyyə naziri Əli Pilli  12 alman turistdə və bir ŞKTC vətəndaşında yeni növ koronavirusun aşkarlanması ilə virusa yoluxanların sayının  33-ə yüksəldiyini söylədi.
Tunisdə isə yeni növ koronavirusdan  ilk ölüm qeydə alınıb. Ölkədə virusa yoluxanların sayının 39-a yüksəldiyi bildirilib.

Epidemiya səbəbindən bir nəfərin həlak olduğu Azərbaycanda yeni növ koronavirusa yoluxanların sayı 33 nəfərə yüksəlib, 10 nəfər müalicə olunub.
Qazaxıstan Səhiyyə Nazirliyinin sözçüsü Dias Ahmetşarip paytaxt Nur Sultanda daha 7 nəfərin virusa yoluxduğunu bildirib. Beləliklə ölkədə virusa yoluxanların sayı 44 nəfərə yüksəlib.
Ermənistanın səhiyyə naziri Arsen Torosyan da ölkədə daha 7 nəfərin virusa yoluxduğunu qeyd edib. O, indiyədək virusa yoluxanların sayının 122 olduğunu deyib.
İsrail Səhiyyə Nazirliyi ölkədə yeni növ koronavirusa yoluxanların sayının  705-ə yüksəldiyini açıqlayıb. Məlumata görə, yoluxanlar arasında 10 hərbçi də var.
Fələstinin müqavimət qruplaşmaları isə  İsrail həbsxanalarındakı fələstinli məhbusların yeni növ koronavirusdan qorunması  üçünTəl-Əviv rəhbərliyinə təzyiq göstərilməsini tələb edib.

3 nəfərin öldüyü, 66 yoluxma faktının qeydə alındığı Mərakeşdə fövqəladə vəziyyət elan edilib.

Əlcəzairdə 10 nəfər koronavirus səbəbindən ölüb, virusa yoluxanların sayı isə 94-ə çıxıb.
Özbəkistanda virusa yoluxanların sayı 23-ə, Moldovada isə 36 nəfərə çatıb.

Qərbi Afrika ölkəsi Nigeriyada isə yeni növ koronavirusdan  ilk ölüm qeydə alınıb.Həlak olan şəxsin Amerika Birləşmiş Ştatları vətəndaşı olduğu bildirilib.

Qeyd edək ki, Afrika qitəsində yeni növ koronavirusa yoluxanların sayı 633, həlak olanların sayı isə 17 nəfərə çatıb.

Çində (Covid-19) epidemiyası nəticəsində 3 min 248 nəfərin həlak olduğu bildirilir. Ölkədə virusa yoluxanların sayı 80 mini keçib. Sutka ərzində həlak olanların sayının 3 nəfərə çatdığı bildirilib.

Səudiyyə Ərəbistanında epidemiya səbəbindən həlak olanların sayı 274-ə yüksəlib.

59 nəfərə virusun yoluxduğu Şri-Lankada 2,5 günlük komendant saatı elan edilib.

Filippində əcnəbilərin ölkəyə girişinə müvəqqəti qadağa qoyulub.



Әlaqәli Xәbәrlәr