ABŞ İrana yeni sanksiyalar tətbiq edib

Bu barədə ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada bildirilib.

1380865
ABŞ İrana yeni sanksiyalar tətbiq edib

 

  Amerika Birləşmiş Ştatları hökuməti İrana qarşı atılan sanksiya ilə əlaqədar neft və kimya sahəsində fəaliyyət göstərən və mərkəzləri İran, Çin, Hon Konq və Cənubi Afrikada yerləşən 9 təşkilat və 3 şəxsi sanksiya siyahısına daxil edib. Bu barədə ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada bildirilir.

  Məlumatda deyilir: “İran hökumətinin zorakılıq davranışlarına imkan yaradan 9 təşkilat ilə 3 şəxsi sanksiya siyahısına saldıq. Siyahıya daxil olan təşkilatların və şəxslərin terrorçuları maliyyələşdirdiyi, o cümlədən İraqdakı Taci hərbi bazasına raket zərbəsi endirdikləri məlum olub. Sanksiyaların məqsədi İrana daha çox təzyiq göstərməkdir”.



Әlaqәli Xәbәrlәr