Qərb ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət

Çinin Vuhan şəhərində 2019-cu ilin dekabr ayında ortaya çıxan yeni tip korona virusu (Covid-19) Avropada yayılmağa davam edir

1379371
Qərb ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət

Çinin Vuhan şəhərində 2019-cu ilin dekabr ayında ortaya çıxan yeni tip korona virusu (Covid-19) Avropada yayılmağa davam edir. Qərbdə yoluxma hadisəsinin ən çox qeyd edildiyi yer İtaliyadır. Belə ki, burada “Covid-19”dan ölənlərin sayı 349 adam artaraq 2158 nəfərə çatıb.

İspaniyada isə 309 nəfərin virus səbəbindən həlak olduğu bildirilib. Ölkədə 9 min adamın koronavirusa yoluxduğu vurğulanıb.

"Biz koronavirusa müharibə elan etdik" deyən Fransa prezidenti Emmanuel Makron 15 gün evdən bayıra çıxmamaq siyasəti yürüdəcəklərini deyib. Məlumata görə, Fransada epidemiya səbəbindən 127 nəfər həlak olub.

Almaniyada epidemiyadan həyatını itirənlərin sayı 13, infeksiya sayı altı mini keçib. Bu çərçivədə dünyada sürətlə yayılan yeni növ koronavirusun qarşısının alınması məqsədilə ölkədə  ictimai və sosial obyektlərin fəaliyyəti müvəqqəti dayandırılıb. Avstriyada virusa yoluxanların sayı 1132 nəfərə çatıb, müalicə olunanların sayı isə 8-dir. Belçikada da epidemiyaya yoluxanların sayı artıb. Məlumata görə, ölkədə 1243 nəfərdə koronavirus aşkar edilib.

İngiltərədə isə 55 nəfərin yeni növ koronavirus epidemiyasından həlak olduğu bildirilib. “Covid-19” virusu ilə bağlı Hollandiyada ölənlərin sayı 24-dür.

Avstraliyada isə epidemiyadan həyatını itirənlərin sayı 3, infeksiya sayı 16 min nəfərə yüksəlib.

İsveçrə hökuməti yeni növ koronavirusun sürətlə yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edib. 18 nəfərin öldüyü ölkədə (Kovid-19) epidemiyasına yoluxanların sayı  2 min 353 nəfərə çatdığı bildirilir.

İsveçdə 6 adam virusdan həyatını itirib, 40 min  nəfər yoluxub.

Virusa yoluxma hadisəsi Çexiyada 383, Polşada 205, Slovakiyada 78,Xorvatiyada 65, Serbiyada 65, Albaniyada 55, Bosniya və Herseqovina 26, Kosovada 16, Şimali Kıbrıs Türk Cümhuriyyətində 7,Şimali Makedoniyada 26, Macarıstanda isə 50 olub.
Amerika Birləşmiş Ştatlarında “Covid-19”a yoluxma 5 minə  yaxınlaşıb, ölü sayı isə 85-dir.

ABŞ-ın  Nyu York, Nyu Cersi, Konnektikut, Kentukki və Miçiqan ştatlarında barlar və restoranların fəaliyyəti müvəqqəti dayandırılıb.



Әlaqәli Xәbәrlәr