Şərq ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət
Çində yeni növ koronavirus (Kovid-19) epidemiyası səbəbindən həlak olanların sayı 3199 nəfərə çatıb.

Çində yeni növ koronavirus (Kovid-19) epidemiyası səbəbindən həlak olanların sayı 3199 nəfərə çatıb.
İran prezidenti Həsən Ruhani (Kovid-19) heç bir şəhərin karantinə alınmadığını və kiçik sahibkarların fəaliyyətlərinə məhdudiyyət qoyulmadığını bildirib.
İranın paytaxtı Tehranda çıxış edən Həsən Ruhani tibbi personalın işini asanlaşdırmaq üçün xalqa zəruri hallar istisna olmaqla evdən çıxmamaları ilə əlaqədar çağırış edib. Ölkədə koronavirusa yoluxanların sayı 12 mini keçib, həlak olanların sayı isə 724-dür.
İranın yarı rəsmi xəbər agentliyi Tasnimin yaydığı məlumata görə, Ekspertlər Şurasının üzvü Ayetullah Haşim Bathai Gulpeyagani koronavirus epidemiyası səbəbindən 78 yaşında vəfat edib.
Bəhreyndə də bir nəfər koronavirus epidemiyasına yoluxub.
Səudiyyə Ərəbistanı yeni növ koronavirusun (Kovid-19) yayılmasının qarşısını almaq məqsədi ilə 16 gün dövlət qulluqçularının işə getməməsinə qərar verib.
Dünən Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada daha 15 nəfərin virusa yoluxduğu və beləliklə ölkədə virusa yoluxanların sayının 118-ə yüksəldiyi bildirilib.
Məlumata görə, İsrail baş naziri Binyamin Netanyahu və ailəsi ölkədə yayılmağa davam edən koronavirus epidemiyası səbəbindən tibbi müayinədən keçirilib.
Rusiyada isə dörd nəfərdə də yeni növ koronavirus aşkar edilib. Beləliklə ölkədə indiyədək virusa yoluxanların sayı 63 nəfərə çatıb.
Azərbaycan Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərargahın məlumatına görə, ölkədə virusa yoluxanların sayı 16 nəfərə yüksəlib.
Qeyd edək ki, Moldovada virusa yoluxanların sayı 23, Gürcüstanda isə 33 olub.
Qazaxıstanda 16 mart - 15 aprel tarixləri arasında fövqəladə vəziyyət elan edilib. Bu çərçivədə diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri istisna olmaqla xarici ölkə vətəndaşlarının ölkəyə girişi bu gündən dayandırılıb.
Özbəkistanın baş naziri Abdulla Aripov sərhəd məntəqələrinin bu gündən etibarən bağlanacağını, universitetlər, orta məktəblər və uşaq bağçası-körpələr evlərində tətil elan ediləcəyini bildirib.
Әlaqәli Xәbәrlәr

Fransada quş qripi tüğyan edir
Fransada quş qripi epidemiyasına qarşı mübarizə çәrçivәsindә təxminən 2 milyon ördək mәhv edilib.