Pakistan prezidenti Çinə səfər edəcək

Pakistan prezidenti Arif Alvi yeni növ koronavirus (Kovid-19) epidemiyasının ilk olaraq yayılmağa başladığı Çinə rəsmi səfər edəcək.

1379111
Pakistan prezidenti Çinə səfər edəcək

Pakistan prezidenti Arif Alvi  yeni növ koronavirus (Kovid-19) epidemiyasının ilk olaraq  yayılmağa başladığı Çinə rəsmi səfər edəcək.

Bu barədə Pakistan Prezident Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Məlumatda Arif Alvinin Çin prezidenti Şi Cimpingin dəvəti ilə bu ölkəyə səfər edəcəyi  bildirilib.

Pakistan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilib ki,  Alvini Çinə edəcəyi səfər çərçivəsində  xarici işlər naziri Şah Mahmud Kureyşi, planlaşdırma, inkişaf və xüsusi müəssisələr üzrə nazir Əsəd Ömər və yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə  heyəti müşayiət edəcək.

Açıqlamada səfərin  məqsədinin "Kovid-19" la mübarizədə Pakistanın Çinə güclü dəstəyini çatdırmaq olduğu qeyd olunub

Digər tərəfdən əməkdaşlığın gücləndirilməsi məqsədi ilə iki ölkə arasında bir sıra anlaşma memorandumlarının imzalanmasının gözlənildiyi bildirilib.

Qeyd edək ki, ilk olaraq Çinin Xubey əyalətinin Vuxan şəhərində yayılmağa başlayan yeni növ koronavirus (Kovid-19)  epidemiyasına yoluxanların sayı 170 mini keçib.

 



Әlaqәli Xәbәrlәr